BAKU Azərbaycan
°C

Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması köçürülmələrin edilməsi nəzərdə tutulur.

Gundem.az bildirir ki, bununla bağlı məsələ "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişiklik təklif olunur.

Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.

"Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası"nın əlavəsinə əsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun - elektrik enerjisi (bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur.

Qanun qəbul edildikdən sonra qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaq.

Qanun layihəsində o da nəzərdə tutulub ki, fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldilməsi, bununla da fondun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təmin ediləcək.

Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda qiymətləri tənzimlənməyən enerji resurslarının satışından ayrılan vəsaitin də enerji effektivliyi fonduna köçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması və enerji resurslarından səmərəli istifadə sahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadə imkanlarının artması nəzərdə tutulur.

Məsələ müzakirə olunaraq Milli Məclisin plenar iclasında müzakirə olunmasına səsə verilib.

Son xəbərlər

Banu Alkan xəstəxanaya yerləşdirildi

Atasının qətlini sifariş edən oğul: "Anam öləndən sonra..."

Aysunun ərindən ayrılıq paylaşımı - FOTO

DYP rəisi vəzifəsindən azad edildi - Yeni təyinat

35 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü - FOTO

İlham Əliyev Ərdoğana zəng etdi

Gənc müəllim faciəvi şəkildə ÖLDÜ

Azərbaycanlı aparıcı yarım milyonluq evini nümayiş etdirdi - VİDEO

Müğənni Zauru yıxmağa çalışdı: Qışqırtısından sonra... -VİDEO

"Qarabağ"da ən bahalı futbolçu kimdir?

Şəmsi Səmədzadə azadlığa buraxıldı

Ən yaxşı kim olacaq? - Hamısı dubl edib

Qadın sürücü maşını aşırtdı - VİDEO

Bu restoranda saxta spirtli içkilər verilirmiş- FOTOLAR

Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis olunacaq

Ekstrasensdən qorxunc proqnoz: Sabah dəhşətli olacaq!

Pensiyalar neçə faiz artırılır? - Deputat AÇIQLADI

Ölkəmizdə referendumun keçirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

27-28 yanvarla bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Tanınmış jurnalist vəfat etdi - FOTO

Bütün xəbərlər