BAKU Azərbaycan
°C

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

Gundem.az  Report-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!

O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: "Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır".

Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: "İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar".

S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqlarının ödənilməsi üçün kompensasiya məbləğinin artırılmasını təklif edib. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qazın topdansatış və pərakəndə qiymətləri ilə bağlı dəyişikliklər edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tarif 12 qəpikdir, illik 1 200-2 500 kubmetr və 2 500 kubmetrdən çox istehlak üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik səviyyəsindədir, qeyri-əhali kateqoriyasına aid olan sənaye və kənd təsərrüfatı sektorlarında isə qazın tarifləri isə 22 qəpikdir.

Kirayə haqqına gəlincə, hazırkı qaydalara əsasən Bakı üçün kompensasiya məbləği 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 100 manat, digər şəhər və rayon mərkəzləri üçün 75 manat, digər yaşayış məntəqələri üçün isə 55 manat müəyyən edilib. Həmçinin, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün bu məbləğin 50 %-i həcmində əlavə ödəniş nəzərdə tutulur.

Son xəbərlər

Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı –FOTO

Bakıda xanım biznesmen vəfat etdi -FOTO

Çimnaz Sultanova xəstəliyini niyə gizlədib?

Boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar

İrakli Kobaxidze Əli Əsədovla görüşdü

“Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Helikopter qəzalı eniş etdi: 11 nəfər...

Bütün xəbərlər