07.12.2024 / 18:00
197
Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR
Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Belə ki, dumanlı havada 67-BL-794 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci il təvəllüdlü İsmayılov Abbas Novruz oğlunu vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Faktla bağlı araşdırma aparılır./report
Məqaləyə dair fotomateriallar:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay