BAKU Azərbaycan
°C

Son zamanlar boşanma halları ifrat dərəcədə artıb. Statistik göstəricilərə əsasən, hər 2 cütlükdən biri evliliklərinin 1-3-cü ilində ayrılıq qərarı verir. Boşanmaların kökündə müxtəlif səbəblər olsa da, proses zamanı tərəflər arasında bir sıra anlaşılmazlıqlar özünü göstərir. Bunların başında isə mülklərin bölünməsi və aliment məsələsi dayanır.

Ölkəmizdə nikah müqaviləsi ilə bağlı praktika olmadığından tərəflər boşanan zaman əmlak bölgüsündə ciddi problem yaşayırlar.

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, nikah müqaviləsi təkcə əmlakla bağlı deyil, evlilik sonrası tərəflərin üzərinə götürdüyü məsuliyyətləri də özündə ehtiva edir:

"Ümumiyyətlə, nikah müqavilələri mülki hüquqi müqavilə sayılır və ərlə arvadın həm nikahdan öncə, həm nikah dövründə, həm də nikahdan sonrakı əmlak vəziyyətini tənzimləyir. Burada tərəflərin hər ikisinin fərdi gəlirləri nəticəsində əldə olunan əmlakların nikah pozulduqdan sonra və yaxud davam etdiyi müddətdə kimin mülkiyyətində necə qalacağı müəyyən edilir. Təkcə əmlak münasibətləri deyil, eyni zamanda, nikahdan sonra tərəflərin üzərinə götürdüyü davranışlar qaydası da müəyyən olunur".

Hüquqşünas qeyd edib ki, indiki şəraitdə nikah müqaviləsinin imzalanması mütləqdir:

"Əmlak dedikdə isə burada həm daşınan, həm də daşınmaz əmlak, o cümlədən, qızıl-zinət əşyaları, fərdi əşyalar və vərəsəlik qaydasında keçən əmlakla bağlı da tərəflər öz üzərlərinə öhdəlik götürə və ya hüquqlar müəyyən edə bilərlər. Ona görə də nikah müqavilələrinin təşviqi lazımdır. Vətəndaşlar mütləq şəkildə nikaha girən zaman bu müqavilələri bağlamalıdır".

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər