BAKU Azərbaycan
°C

"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin Sumqayıt təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə fiziki hücuma məruz qalıb.

Gundem.az xəbər verir ki, Bu barədə idmançı Axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə adi bir "TikTok" videosu ilə başlayıb və daha sonra ciddi insidentə çevrilib.

Ramil Məmmədzadə öz tələbəsinin məşq prosesi zamanı idman ustası Rafael Ağayevlə çəkilmiş adi bir videosunun silinməsi ilə bağlı qəribə tələblə qarşılaşıb.

Ramil Məmmədzadə baş verənləri belə izah edib:

"Mənə tanıdığım bir şəxs zəng edib, tələbəmin "TikTok" səhifəsindəki videonu silməsini tələb etdi. Tələbəmin nömrəsini istədi, verdim. Videoda qeyri-adi heç nə yox idi. Daha sonra həmin şəxs tələbəmə zəng edərək, ondan da eynisini tələb edib. Tələbəm isə Rafael Ağayevdən icazə almadan bunu edə bilməyəcəyini deyib. Rafael Ağayev özü videonun paylaşılmasına etiraz etməyib. Sonra mənə zəng edən həmin şəxsə zəng etdim və söhbətin nə ilə nəticələndiyini öyrənməyə çalışdım. Bundan sonra mənə qarşı təhqir və zorakılıq başladı. Məni görüşə çağırdı, getdim. Sumqayıt şəhərinin 33-cü məhəlləsində görüş münaqişəyə çevrildi".

Məmmədzadənin sözlərinə görə, həmin şəxs qəfil zərbə ilə ona hücum edib və ağır bədən xəsarətləri yetirib:

"İlk zərbədən çənəm sındı, daha sonra gicgahımdan vurdu. Yıxılmağıma baxmayaraq, məni yumruqlamağa davam etdi. Yanında olan şəxslə birgə təhqir etdilər".

Hadisə nəticəsində Məmmədzadənin sağlamlığı ciddi zərər görüb. O, yanvarın 9-da əməliyyat keçirib və 2 min manat xərc çəkib. Gözləri 30 faiz zəifləyib, başında davamlı ağrılar qalıb.

Məmmədzadə hadisədən sonra hüquqi yollarla ədaləti bərpa etməyə qərar verib. Hüquq-mühafizə orqanlarına müraciət edib və hadisədə təqsirli şəxs saxlanılıb.

Məmmədzadə bu hadisənin təsadüf olmadığını və peşə fəaliyyəti ilə bağlı sifarişlə həyata keçirildiyini düşünür:

"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm. Bunun müəyyən dairələrin xoşuna gəlmədiyi bəllidir. Boksun inkişafına mane olan şəxslər ölkənin idman siyasətinə xəyanət edir. Mənim məqsədim gəncləri sağlam həyata həvəsləndirməkdir, lakin bu fəaliyyətimə əngəllər yaradılır. Azərbaycan çempionatına dörd boksçu çıxarırdım, lakin mənə o qədər mane oldular ki, Sumqayıtdan idmançı çıxara bilmədim, Bakı şəhərində boks klublarından birindən çıxartdım. Əlimdən gəldiyi qədər gəncləri, uşaqları idmana həvəsləndirməyə çalışıram. Balaca uşaqlara pulsuz məşqlər keçirəm. Bunlar isə mənə əngəl olurlar".

Ramil Məmmədzadə bu hadisənin sifarişçisi barədə məlumat əldə etmək istəyir. Əgər hücumun sifarişçisi açıqlanarsa, şikayətini geri götürəcəyini bildirir. Onun əsas məqsədi düşmənini tanımaq və gələcəkdə belə təzyiqlərin qarşısını almaqdır.

 

Boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər