BAKU Azərbaycan
°C

Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi.

Gundem.az  xəbər verir ki, bu fikirləri APA-ya Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

”Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, "Kapital Bank"ın işçiləridir və dedilər ki, kartımın şifrəsini hakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda "Kapital Bank"a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, hakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar", - Cəlil Əliyev vurğulayıb.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: "80 509 manatı geri qaytardılar. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.

Son xəbərlər

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Azərbaycan nefti bahalaşdı

1091-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Tolik Röyadan yazdı: “Çuşka yığını...” -VİDEO

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb - FOTOLAR

Erməni əsilli polis Rusiyada barda dava saldı - VİDEO

AAYDA gücləndirilmiş iş rejimində çalışır

Florida ştatında 26 fevral tarixi Xocalının Anım Günü elan edilib - FOTO

AFFA rəsmisi “Qalatasaray”ın avrokubok matçında

"Titanik"in aktrisası bu dəfə rejissor olacaq

Ağcabədidə qanunsuz tikili söküldü - VİDEO

Hande Erçellə Hakan Sabancı filmdəki açıq-saçıq səhnələrə görə ayrılıb

"Nutella-nın atası" vəfat etdi

Bu şəxslərin işə qəbulu üçün müraciətvaxtı uzadıldı

Azərbaycan millisi məğlub oldu

Su mühərrikini işə salarkən öldü

Hava Limanı yolunda sürət həddi endirildi

Hava şəraitinə görə texnikalar hazır vəziyyətə gətirildi

Bütün xəbərlər