BAKU Azərbaycan
°C

Özbəkistan Respublikası Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru  Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Gundem.az xəbər verir ki, qonaqları BMU-da görməkdən məmnunluğunu bildirən rektor Yaqub Piriyev Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, ortaq tarixə, mədəni irsə, milli-etnik əsaslara söykənən hər iki xalq arasında əlaqələrin Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasəti ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq daha da inkişaf etdirildiyini deyib. Habelə bu əlaqələrin təhsil sahəsini də əhatə etdiyini, iki ölkə arasında təhsilin müxtəlif pillələri üzrə əməkdaşlığı nəzərdə tutan bir sıra müvafiq sənədlərin imzalandığını bildirib. Rəhbərlik etdiyi ali məktəbin maddi-texniki bazası, professor-müəllim heyəti, müasir laboratoriyaları haqqında məlumat verən rektor BMU-nun beynəlxalq əlaqələrinə toxunub, xarici universitetlərlə əməkdaşlığın müsbət tərəflərini diqqətə çatdırıb. 

Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirov isə öz növbəsində ölkəmiz haqqında ən xoş təəssüratlarını bölüşüb, həmçinin BMU ilə əlaqələrin yaranmasını olduqca müsbət qiymətləndirib. Rektor gələcəkdə əməkdaşlığın dərinləşəcəyinə, geniş məsələləri əhatə edəcəyinə inamını vurğulayıb.      

Sonra universitetlər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Memorandum universitetlərin tədris, təhsil və elmi-tədqiqat fəaliyyətlərinə marağı artırmaq, birgə tədqiqat layihələri, o cümlədən təkliflər üzərində çalışmaq və s.məsələləri əhatə edir. Eyni zamanda sənəd fakültə üzvləri, tələbələr və inzibati heyətin mübadiləsini gerçəkləşdirməyi də nəzərdə tutur. 

Görüşün ardınca qonaqlar BMU-nun müasir auditoriya və laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar.

Son xəbərlər

“Barselona” Levandovskinin yerinə hücumçu axtarır

Peskov Trampın sözünü təsdiqlədi: Doğrudur!

Ötən ay doğulan uşaqların sayı məlum oldu

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Bütün xəbərlər