BAKU Azərbaycan
°C

Azərbaycanda 2006-cı ildən sonra pensiya almaq üçün iki əsas şərt lazımdır. Bunlardan biri minimum əmək stajı (hazırda 25 il civarında), digəri məcburi dövlət sosial sığorta haqlarının ödənməsidir. Yəni vətəndaş rəsmi şəkildə işləməli və maaşından sosial sığorta tutulmalıdır ki, gələcəkdə pensiya kapitalı formalaşsın. Bəzi vətəndaşların işlədikləri dövrdə rəsmi qeydiyyat və sığorta ödənişi yoxdur.

Belə olan halda onlar pensiya hüququndan məhrum olurlar?

Gundem.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, pensiya ilə bağlı 2006-cı ildən sonrakı qərarlarda müəyyən müsbət hallar olsa da, neqativlər də müşahidə edildi:

"Əksər Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti rəsmiləşdirildi və ondan müvafiq sosial tutulmalar həyata keçirildi. Lakin qanunvericiliyin müəyyən etdiyi pensiya kapitalı lazımi miqdarda yığılmırsa, vətəndaş yaşa görə müavinət alır. Artıq pensiya yaşı çatdıqda düsturlar buna uyğun hesablanır".

İqtisadçı bildirib ki, Azərbaycanda heç kim pensiya almaq hüququndan məhrum deyil:

"Qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatan şəxs işləməsə belə, minimum məbləğdə təqaüd alır".

Qeyd edək ki, Azərbaycanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği 320 manatdır.

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara isə aylıq 220 manat yaşa görə müavinət verilir.

Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər