BAKU Azərbaycan
°C

"Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə pensiya yaşına çatmasını gözləmədən də öz pensiyasından imtina edərək mərhum həyat yoldaşının pensiyasının alınmasına keçid edə bilər".

Gundem.az xəbər verir ki, bu sözləri hüquqşünas Turan Abdullazadə "Referans"-a açıqlamasında deyib.

Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

"Azərbaycan Respublikasının qanununa əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur".

Hüquqşünas qeyd edib ki, dünyasını dəyişmiş ailə başçısının əmək pensiyası bir sıra səbəblərdən ailəsinin digər üzvlərinə verilə bilər.

"Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Vəfat etmiş və ya həlak olmuş şəxslərin övladlarının, 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar lakin ən çoxu 23 yaşına çatanadək, ata, ana, ər, arvad "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa bu hüquqdan istifadə edə bilər. Yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də bu hüquqdan istifadə edə bilər".

Turan Abdullazadə son olaraq vurğulayıb ki, öz əmək pensiyasından imtina edərək həyat yoldaşının əmək pensiyasını almaq istəyən vətəndaş bunun üçün Fondun regional filialına və ya DOST mərkəzlərinə şəxsən və ya etibarnamə üzrə nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron qaydada müraciət edə bilər.

Son xəbərlər

Məşhur İsveç brendinin ən etibarlı avtomobilləri - SİYAHI

“AzerGold”un yerli bazarda satış gəlirləri 238% artdı

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

"Mançester Siti" 1 milyon dollardan çox cərimələndi

Acun Ilıcalıya pis xəbər - İki qazanc yerini İTİRDİ

Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Yeniyetmə öldü - VİDEO

Yaşayan 10 ƏN VARLI rəssam

İzmirdə meşə yanğını: Təyyarə və helikopterlər cəlb olundu

Emin Ağalarov Azərbaycan millisində çıxış etmək istəyən Veronikadan danışdı: İstəməzdim ki...

Rəsmiyyə Həşimova baş həkim təyin olundu

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarılır

Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

İranın daha bir nüvə alimi öldürüldü

DTX-dən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Binə qəsəbəsində açıq ərazi yanır

İsrail İranda xəstəxanaları vurdu

İranda uçuş qadağasının müddəti yenidən uzadıldı

Bütün xəbərlər