BAKU Azərbaycan
°C

Azərbaycanda əhalinin sosial cəhətdən həssas əhalisi üçün bir sıra proqramlar icra olunur. Sosial proqramlar çərçivəsində, bəzi kateqoriyalara daxil olan şəxslər dövlət büdcəsi hesabına mənzillərlə də təmin edilir.

Bəs, əlilliyi olan şəxslər də dövlət hesabına mənzillə təmin olunur?

Gundem.az xəbər verir ki, Bizim.Media mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladı. Qurumdan bildirildi ki, imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilirlər.

Qanunvericiliyə əsasən, 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan kimi uçota alınmış aşağıdakı kateqoriyalara aid şəxslərin mərhələli və növbəlilik qaydasında mənzillə təmin edilməsi nəzərdə tutulub:

- Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər;

- Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edib əlillik almış şəxslər (uçota alınma tarixindən asılı olmayaraq);

- Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.

Bundan əlavə, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslər də növbəlilik qaydasında mənzillə təmin edilirlər.

Son xəbərlər

"Zara", "Mango", "Guess"i istehsal edən tekstil firması müflis oldu

Məşhur İsveç brendinin ən etibarlı avtomobilləri - SİYAHI

“AzerGold”un yerli bazarda satış gəlirləri 238% artdı

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

"Mançester Siti" 1 milyon dollardan çox cərimələndi

Acun Ilıcalıya pis xəbər - İki qazanc yerini İTİRDİ

Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Yeniyetmə öldü - VİDEO

Yaşayan 10 ƏN VARLI rəssam

İzmirdə meşə yanğını: Təyyarə və helikopterlər cəlb olundu

Emin Ağalarov Azərbaycan millisində çıxış etmək istəyən Veronikadan danışdı: İstəməzdim ki...

Rəsmiyyə Həşimova baş həkim təyin olundu

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarılır

Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

İranın daha bir nüvə alimi öldürüldü

DTX-dən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Binə qəsəbəsində açıq ərazi yanır

İsrail İranda xəstəxanaları vurdu

Bütün xəbərlər