BAKU Azərbaycan
°C

Erkən yaşda uşaqların bağçalara göndərilməsi düzgün deyil.

Gundem.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində deputat Fatma Yıldırım deyib.

Deputat bildirib ki, uşağın ilk 3 ili onun emosional, psixoloji və nevroloji inkişafı baxımından ən vacib dövrdür: “Bu dövrdə körpənin əsas ehtiyacı oyuncaq deyil, ana qucağı, sevgi və sabitlikdir. Bu yaşda ana ilə emosional bağın qurulması, təhlükəsizlik hissi və sabitlik uşağın gələcək psixoloji sağlamlığı üçün əsasdır. Erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunmuşdur ki, bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə, körpələr səs-küylü, yad mühitə düşür və bu, onların daxili stressini artırır. Beynəlxalq təcrübədə bu məsələyə xüsusi diqqət yetirilir. Bir çox ölkələrdə 3 yaşdan əvvəl bağçaya keçid mərhələli olur, uyğunlaşma proqramları tətbiq edilir. Məsələn İsveçdə "inskolning" adlı mərhələli uyğunlaşma prosesi tətbiq olunur. Valideynlərə övladlarının bağçaya adaptasiyası üçün valideynə iş yerindən qanuni icazə tətbiq olunur. Avstraliyada "National Quality Framework" çərçivəsində erkən uşaq baxımı və təhsili üçün milli standartlar müəyyən edilib. 0–3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik iş rejimi, qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələri qanunla tənzimlənərək tətbiq olunma mexanizmlərinə baxıla bilər. Ev əsaslı baxım dəstəklənməli, dayə və ailə yardım proqramları gücləndirilməlidir”.

Son xəbərlər

Ərdoğandan PKK ilə bağlı ilk- Açıqlama

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Xarici səyyahlar Cəbrayılda - FOTO

Ən həssas BÜRCLƏR: Söz deməmiş gözlərinin yaşı "süzülür"

Azərbaycanda hiss olunan zəlzələ oldu

1234-cü gün: Rusiyanın itkiləri yeniləndi

Əhaliyə xəbərdarlıq: Növbəti 3 gündə...

Ölkədə doğulan körpələrin sayı açıqlandı

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Bütün xəbərlər