BAKU Azərbaycan
°C

Azərbaycan və Maldiv arasında viza tələbi qismən aradan qalxıb.

Gundem.az xəbər verir ki, iyun ayının 18-dən etibarən Azərbaycan və Maldiv Respublikası arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün qarşılıqlı viza tələbi ləğv olunub.

Bu Saziş 2024-cü il noyabrın 15-də Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Maldiv xarici işlər naziri Abdulla Xəlil tərəfindən imzalanıb. Sənəd Azərbaycan Milli Məclisində müzakirə edilərək qəbul olunub və Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Sazişə əsasən, tərəflərin diplomatik, xidməti və rəsmi pasportlara malik vətəndaşları qarşılıqlı olaraq digər ölkəyə vizasız daxil ola, tranzitlə keçə, ölkəni tərk edə və 90 günədək müddətdə vizasız qala biləcəklər.

Bu razılaşma iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, bu qərar yalnız diplomatik, xidməti və rəsmi pasportlara aiddir. Sadə vətəndaşlar üçün viza qaydaları dəyişmir.

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər