BAKU Azərbaycan
°C

Azərbaycanda özəl pensiya sistemi 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacaq. Bu yeni sistemin tətbiqi ilə vətəndaşlar öz pensiya yığımlarını daha şəffaf və sərbəst şəkildə idarə edə biləcək, eyni zamanda pensiya ödənişləri üçün daha geniş seçim imkanlarına malik olacaqlar.

Sistemin fəaliyyəti necə olacaq və vətəndaşlara daha hansı vədlər verilə bilər?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Bizim.Media-ya danışıb.

“Bazar iqtisadiyyatının əsas prinsipi rəqabət mühitinə əsaslanır. Azərbaycan artıq uzun illərdir bazar iqtisadiyyatı modelində fəaliyyət göstərir və bu sistem ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayır. Lakin əməkçilərin gələcəyini sığortalayan yeganə mövcud fond Dövlət Sosial Müdafiə Fondudur.

Hökumət isə bu boşluğu doldurmaq və vətəndaşların pensiya təminatını daha etibarlı etmək üçün Özəl Pensiya Fondları barədə qanun qəbul etməyi planlaşdırır. Lakin bu qanunla bağlı məlumatlar hələ də geniş şəkildə cəmiyyətə təqdim edilməyib və mövcud məlumatlar yalnız deputatların bəzi çıxışlarında yer alıb.

Qanunun tam mətni və detalları əlimizdə olmadığı üçün onun üstünlükləri və çatışmazlıqları haqqında danışmaq bir qədər çətindir. Amma demək mümkündür ki, Özəl Pensiya Fondunun fəaliyyətə başlaması gələcəkdə pensiya təminatının gücləndirilməsinə böyük töhfə verə bilər.

2006-cı ildə pensiya islahatlarına başlanılanda əsas hədəf ölkəmizdə pensiya sisteminin yığma əsasına keçirilməsiydi. Lakin təəssüf ki, 2017-ci ildə köhnə sistemə geri dönüldü. Bu da özəl pensiya sisteminin güclü və davamlı olmasının qarşısında bir növ maneə yaradır. Özəl Pensiya Fondunun effektiv işləməsi üçün ölkədə çevik və müasir bir əmək bazarının mövcud olması vacibdir.

Bu, qeyri-rəsmi və müqaviləsiz işləyənlərin sayının azaldılmasına və əmək bazarının strukturunun gücləndirilməsinə bağlıdır. Bu proses, Özəl Pensiya Fondunun fəaliyyətinə müsbət təsir göstərəcək, çünki rəsmi qeydiyyatda olan işçilər öz yığımlarını bu fondlara yatırmağa daha hazır olacaqlar”.

Onun sözlərinə görə, iş yerlərinin sayı az olduğu halda, bu fondların effektiv fəaliyyəti bir qədər çətinləşə bilər.

“Lakin vətəndaşlar bu fondlara müraciət edib gələcəklərini burada sığortalasalar, müəyyən şərtlərlə daha tez pensiya yaşına çatma imkanı əldə edəcəklər. Özəl Pensiya Fondunun işlək sistemə çevrilməsi üçün ölkədə bəzi iqtisadi sahələrdə islahatların həyata keçirilməsi vacibdir”,- deyə iqtisadçı vurğulayıb.

Son xəbərlər

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Nazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət

Ceylo bir də ərə getməyəcək - səbəbi özü açıqladı

Prezidenti sosial şəbəkələrdəki rəsmi səhifələrində Xanyurdu kəndində sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO

Arif Əzizov vəfat etdi

Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu

Bakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI

“Sea Breeze”ə marşrut xətti fəaliyyətə başlayır

Sürücülərə XƏBƏRDARLIQ - Bu yol 2 gün bağlı olacaq

Premyer Liqada yeni mövsümün püşkü atıldı

1241-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18-ci əsrdə batırılan qızıl dolu gəminin qalıqları tapıldı: Xəzinə yerindədir - FOTOLAR

Günün ULDUZ FALI - Elə qərar verilə bilər ki...

"Qızım Azərbaycandan köçdü"

Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ

“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO

Bütün xəbərlər