BAKU Azərbaycan
°C

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (KB-1) zərərsizləşdirilməsi prosesi başa çatıb. Bildirilir ki, sözügedən minalar dənizə Sovet dövründə buraxılıb.

Amma Rusiya-Ukrayna müharibəsi fonunda bu minaların dənizə məqsədli şəkildə buraxılması iddiaları da var. 

Mövzu ilə bağlı Gundem.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov aşkarlanan minaların Sovet dövrünə aidliyi ehtimalının yüksək olduğunu deyib:

“Bu məsələ ilə bağlı şayiələr də, mütəxəssis rəyləri də var. Minaların üzərində olan yazılar vasitəsilə onun harada, hansı ildə istehsal olunduğunu bilmək olar. Mümkündür ki, həmin minalar Sovet dövründən qalsın. Onlar Xəzər dənizindəki hərbi təlimlər zamanı da dənizə buraxıla bilərdi. Minaların 30 il ərzində tapılmaması isə normaldır, çünki Xəzərin hər qarışı kəşf edilməyib. 

Gəmi minalarının dənizə buraxılmasını Rusiya-Ukrayna müharibəsinə bağlamaq isə doğru yanaşma deyil. Çünki Ukrayna müharibəsi 77 gündür davam edir, bu müddət ərzində atılan minanın xarici görünüşü 30 il ərzində atılan minanın görünüşündən tamamilə fərqlənir. Bu məsələyə sırf mütəxəsisslərin, dövlət qurumlarının rəy bildirməsi lazımdır”.

Polkovnik Xəzər dənizində digər partlayıcı maddələrin də ola biləcəyini də istisna etməyib:

“Ola bilsin ki, bir ay sonra yenidən minalar üzə çıxsın. Bu istiqamətdə təkrar işlər aparılır və dənizin dibində partlamamış yeni döyüş sursatları aşkarlana bilər. Kimsə təminat verə bilməz ki, Xəzərdə mina təhlükəsi yoxdur, yaxud əksinə, dənizdə mina var...”.

Əzizə Zeynal 
 

Son xəbərlər

Toy edənlərə PİS XƏBƏR - VİDEO

Türkiyədə tələbələrin daşıyan avtobus qəzaya uğradı, ölənlər var

Pentaqonun rəhbəri Reznikovla danışdı

Xatirə Elnurun oğlu üçün qurban kəsdi - VİDEO

Bu gün İlham Əliyev Paşinyanla GÖRÜŞƏCƏK

Aparıcı efirdə xəbərə əsəbiləşib, studiyanı tərk etdi - VİDEO

İyulun 1-dən bu qərar qüvvəyə minəcək

Məşhur cütlük evləndi - FOTO

Pakistanda eks-nazir polis tərəfindən saxlanıldı

Bəhram Bağırzadənin üzr VİDEOSU YAYILDI

Fransada təyyarə qəzası: Ölənlər var

"Qarabağ" "Neftçi"ni məğlub etdi

İrəvan-Antalya təyyarə reysinin uçuş tarixi AÇIQLANDI

"Səbail" "Sumqayıt"a uduzdu

"Akıncı" PUA-ları Bakıya eniş etdi - VİDEO

Qarabağın bərpasına xərclənən vəsait AÇIQLANDI

Şoyqunun müavininin qardaşı oğlu Ukraynada öldürüldü

"Böyük Yeddilik" ölkələrindən Ukrayna ilə bağlı qərar verdi

Orban Rusiyaya qarşı sanksiyaları “atom bombası” adlandırdı

Hollivud ulduzunun Rusiyaya girişi ömürlük qadağan edildi

Bütün xəbərlər