BAKU Azərbaycan
°C

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsindən Gundem.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü, 20.5-ci və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.


Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş prokuroru K.Əliyevin və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri X.Məmmədovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini A.Kərimovun mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur.

Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Prokurorluq haqqında” qanunun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO

Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT

“Azparking” işçisini təhqir edən sürücü həbs edildi

Azərbaycan və Ermənistan sərhəd xidmətlərini belə yerləşdirəcəklər

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

"Real Madrid" YARIMFİNALDA: İlk oyun...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir”

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

Yüksək çinli dövlət məmurları Hadı Rəcəblinin yasında - FOTO

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

“Meyxananı böyük səhnəyə atam gətirib”

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Bütün xəbərlər