BAKU Azərbaycan
°C

Pensiyalarla bağlı yeni qaydalar müəyyənləşib. Milli Məclisin iclasında "əmək pensiyaları", "sosial müavinətlər", "onkoloji yardım" və "dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul edilib.

Bildirilib ki,  dəyişikliklərin hamısı vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradır. Plenar iclasda dərman qiymətlərinin baha olmasından, vətəndaşlara özləri üçün xaricdən dərman gətirmələrinə şərait yaradılmasından da danışılıb.
 
Ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Beş və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcəklər. Onkoloji və skleroz xəstələrinin pensiya almaq hüququ da olacaq. Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq.
 
Bütün bunlar "Əmək pensiyaları", "Sosial müavinətlər", "Onkoloji yardım" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlara edilən dəyişikliklərlə mümkün olub. Milli Məclisin bugünkü plenar iclasında təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul olunub. 
 
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya yaşının azaldılması, eləcə də səsləndirilən digər təkliflərə münasibət bildirib. 

Millət vəkili Fəzail Ağamalı isə "Silahlı qüvvələrin pensiya təminatı haqqında" qanunun hazırlanması təklifi ilə çıxış edib. Deputat "Qarabağ müharibəsi veteranlarına verilən müavinətin az olduğunu dilə gətirib.
 
Millət vəkili Rəşad Mahmudov isə dərmanların yüksək qiymətə satılmasına diqqət çəkib. 
 
Deputat Siyavuş Novruzov isə insanların özləri üçün dərman gətirməsinə icazə verilməsi təklif edilib. "Dərmanlar çox bahadır. İnsanların özləri üçün gətirdikləri dərmanların gömrükdən keçirmələrinə icazə verməliyik",- deyə millət vəkili vurğulayıb.

Son xəbərlər

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

Sabah 30 dərəcə isti OLACAQ

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Bütün xəbərlər