BAKU Azərbaycan
°C

Dövlət qurumlarında çalışan və yaşı 65-dən yuxarı olan şəxslər güzəşt olunmadan təqaüdə göndərilir.

Belə ki, bir çox qurumlar dövlət qulluğuna qəbul olmaq istəyən gənclərə şərait yaradılması, vakansiyaların artırılması məqsədilə pensiya yaşına çatmış kadrlarla yollarını ayırır.

Bundan əvvəl isə təcrübəli kadrların işə davam etməsi üçün onlara əlavə bir neçə il güzəşt edilirdi. Hazırda bu tendensiya nisbətən aradan qaldırılır, nəticədə gənclərə yeni iş imkanları yaradılır.

Bu barədə modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov prosesin əslində çoxdan başlandığını söyləyib. Deputat bildirib ki, 65 yaşdan yuxarı işçilər artıq tədricən qurumlardan uzaqlaşdırılır:

“Amma mən bəzi məqamlarda bu prosesin o qədər də tərəfdarı deyiləm. Çünki bəzi sahələrdə təcrübəli insanları yaşı çox olsa da saxlamaq lazımdır. Yeni gələn cavanların təcrübəsi yoxdur, müəyyən səhvlərə yol verə bilərlər. Amma yanında təcrübəli şəxslərlə çalışsalar, nisbətən daha asan və məhsuldar iş ortaya qoymaq olar. Yaşlıların təqaüdə göndərilməsinə təəccübələnməmək lazımdır. Cavanlaşma prosesinə çoxdan start verilib. Müəyyən qurumlara cavan rəhbərlər, nazirlər də gətirilib”.

Vahid Əhmədov qeyd edib ki, "Dövlət qulluğu haqqında" qanun qəbul ediləndə ona səs verib, amma prosesdə çatışmazlıqlar da var:

“Qanunun qəbulu vacib məsələlərdən biri idi. Digər tərəfdən bu qanunla biz qurumun rəhbərinin səlahiyyətlərini məhdudlaşdırırıq. Qurumun rəhbəri istədiyi təcrübəli adamı işə götürə bilmir. Həmin şəxs mütləq dövlət qulluğundan keçməlidir. Elə adamlar var, dövlət qulluğundan keçə bilməsə də bunu bacarandan daha yaxşı işləyir. Düşünürəm, problem tədricən həllini tapacaq”.

Son xəbərlər

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Bütün xəbərlər