BAKU Azərbaycan
°C

“Uşaq pulu məsələsinə insan kapitalı aspektindən baxılmalıdır. Uşaq pulu keyfiyyətli təhsil, keyfiyyətli səhiyyə və keyfiyyətli qidaya çıxış deməkdir”.

Gundem.az
xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Milli Məclisin deputatı Azər Badamovun ünvanlı sosial yardımın uşaq pulu ilə əvəzlənməsi təklifinə münasibət bildirərkən deyib:

“Pandemiyadan sonra uşaq pulu məsələsi daha da aktuallaşıb. Dünya təcrübəsi göstərir ki, hansı ölkələrdə əhalinin sosial müdafiəsi üçün dayanıqlı mexanizmlər varsa, həmin dövlətlərdə pandemiya məhdudiyyətləri əhalinin rifahına daha az zərbə vurub.

Çünki onların gəlir mənbəyinin böyük hissəsi davamlı hesab olunur. Xəstəlikdən qorunmağın preventiv üsullarından biri də sağlam qidalanmadır. Bu kimi məsələlər mövzunun əhəmiyyətini bir daha sübut edib”. 

Ekspertə görə, Azərbaycanda demoqrafiq vəziyyətin yaxşı olmaması da uşaq pulunu vacib edir:

“Keçən əsrin 90-cı illərində hər min nəfərə 20 nəfərdən artıq doğum olsa da, 2020-ci ildə göstərici 8,4-ə düşüb. Belə tempdə 2050-ci ildə isə 3,4 nəfərə düşəcək. Ünvanlı sosial yardım mexanizmi də dayanıqlı həll yolu deyil. Dövlətin pulu azalanda ona ayrılan vəsait də azalır. 2014-cü ildə 160-170 min ailə ünvanlı sosial yardım alırdı. 2015-ci il böhranından sonra isə artmalı olduğu halda, belə yardım alan ailələrin sayı 2-2,5 dəfə azaldı. Nəticədə ünvanlı sosial yardım böhran dövründə əhalinin rifahını dəstəkləmədi”.

Deputat Fazil Mustada da həmkarının fikirlərinə dəstək verib:

“Hər ailəyə uşaqların sayına görə verilməlidir. Bu zaman çox uşaqlı ailənin müəyyənləşdirilməsi üçün say nisbətinin azaldılmasına da ehtiyac var. 3 uşağı olan ailələrimiz niyə çoxuşaqlı hesab edilmir? İndiki dövürdə onlar da çoxuşaqlı ailə hesab edilməlidir. Ünvanlı sosial yardım uşaq pulu ilə əvəzlənməlidir”.

Son xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Ərdoğan CHP sədri ilə görüşdü

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Azərbaycanın U-17 millisi Belarusa uduzub

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Üç manat siqaret puluna görə əmisini öldürdü

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Azərbaycanın uğurlarının səbəbi bu imiş...

Mahir Emreli “Dinamo”dan gedir

Faiq Ağayev: “Biz sevgili olmamışıq”

Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO

Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı - FOTO

ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

Əli Əsədov qərar imzaladı

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Bütün xəbərlər