BAKU Azərbaycan
°C

Azərbaycanda açıq və pərakəndə ət satışı geniş olsa da, son vaxtlar insanlar normal ət almaq üçün daha çox marketlərə üz tuturlar. Əvvəl küçə və yol kənarlarında kəsilmiş ətə üstünlük verilirdisə, indi durum bir qədər dəyişib.

İnsanlar iri market və supermarketlərdə səliqə ilə düzülmüş ət çeşidlərini almağa daha çox maraq göstərirlər. Çünki supermarketlərdə satışa çıxarılan bütün ət məhsullarının Qida Təhlükəsizliyi Agentliyi və baytarlar tərəfindən təhlükəsizlik sertifikatı olur.

Qaydaya görə, belədir. Məsələ burasındadır ki, istehlakçıların çoxu həmin arayışı nə satıcılardan tələb edir, nə də bəzi ət məhsullarının üzərində əks olunması vacib olan məlumatların niyə yer almadığını soruşurlar.

Maraqlıdır, supermarketlərə ət haradan gətirilir? Satışa çıxarılmadan ət məhsullarının tərkibi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılırmı?

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, istənilən marketdə Qida Təhlükəsizliyinin arayışı və icazəsi olmadan ət satışı həyata keçirilə bilməz:

“Supermarketlərin bəzilərinin özlərinin təsərrüfatları var. Əksəriyyətinin isə yoxdur. Buraya malı vermək üçün mütləq baytarlıq və Qida Təhlükəsizliyi Agentliyinin arayışı olmalıdır. Yalnız bu halda ət dükana daxil ola bilər. Sözügedən qurumların arayışları olmadan ətin dükanda satışı qadağandır. Bu arayışlar olmadan satış həyata keçirilərsə, həmin müəssisələri fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq cərimələr gözləyir. Hər market ət satışı ilə məşğul ola bilməz.

Ət satışı həyata keçirmək üçün mütləq Qida Təhlükəsizliyi Agentliyindən razılıq alınmalıdır. Əsas məsələ sanitar tələblərə cavab verən infrastrukturun olmasıdır. Ət “soyuq zəncir” sistemində istehlakçıya təqdim olunmalıdır.

Eyyub Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd olunur ki, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər qablaşdırılmalıdır:

“Onun üzərində buraxılma və yararlılıq tarixi, istehsalçı firmanın və s. adı olmalıdır. Amma marketlərin 90 faizində bu yoxdur. Azərbaycanda cəmi bir müəssisə var ki, o cür əti qablaşdırır. Başqa bir problem də var. Qida Təhlükəsizliyi Agentliyinin və yaxud baytarın verdiyi arayış orada olan ətə aiddir, ya yox? Bu məsələ ölkədə həll olunmamış qalır”.

Ekspert bu sahədəki cərimələrdən də danışıb. O bildirib ki, AQTA tərəfindən marketdə ət satışının olduğu müəyyən edilərsə, lakin onun müşahidəedici sənədləri, eləcə də qurumun arayışı yoxdursa, qidaya yararlı olsa belə, satıcını 500-600 manat cərimə gözləyir.

Ətin müəyyən parametrlərinə görə qidaya yararsız olması müəyyənləşərsə, fiziki şəxsləri 1 500-2 000 manat, hüquqi şəxsləri 4 000-5 000 manat arası cərimə gözləyir.

Son xəbərlər

Vilayət Eyvazov DYP rəisini vəzifədən AZAD ETDİ

Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"

Toya gecikən dostlar bəyi məhkəməyə verdilər

Almaniya kanslerinin rekord məbləğdə maaşı...

“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” - Könül Xasıyeva

Azərbaycanda rüşvət alan vəzifəli şəxslər HƏBS EDİLDİ

Salyanda avtomobildən qızıl-zinət əşyaları oğurlanıb? - DİN-dən AÇIQLAMA

Laçındakı ermənilər çaxnaşmaya düşdülər

Aysunun toyudur

Ərdoğan taxıl dəhlizi ilə bağlı Putin və Zelenski ilə danışacaq

Azərbaycan OPEK-in qərarını dəstəklədi

“İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcək”

Prezidentdən pensiyaçılara daha bir dəstək – FOTO

“Zaurun müğənnini efirdən qovması qanun pozuntusudur”- Ekspertdən ETİRAZ

Üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi

Avropada qazın qiyməti 1600 dolları ötdü

Yalnız qoyunlar belə düşünə bilər - Zaxarova

Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı

Şuşaya iyul ayı üzrə biletlərin hamısı satılıb

"Everton"un hücumçusu, "Barselona"nın müdafiəçisi "Tottenhem"ə keçdi

Bütün xəbərlər