BAKU Azərbaycan
°C

Toy menyularının qiymətləri artıb. Səbəb isə aydındır: ərzaq məhsullarının bahalaşması. Əvvəllər 40 manata olan menyuları artıq tapmaq çətin məsələdir. Ucuz menyu tapmaq üçün isə menyudan bir sıra yeməkləri çıxarmalı olacaqsınız. Bəs ümumiyyətlə toy menyularının qiymətlərində artım nə qədərdir?

Gundem.az xəbər verir ki, son aylar ərzində ərzaq qiymətlərində baş verən artım toy sektoruna da təsirsiz ötüşməyib. Ərzaq məhsulları bahalaşdığından şadlıq evlərində də menyuların qiyməti artıb.

Toy sektorunda bahalaşmanın təxminən 10-15 faiz arasında olduğu deyilir. Şadlıq evi müdiri Fərid Adıgözəlov deyir ki, qiymət artımı son 2-3 ay ərzində baş verib.

Müştərinin istəyinə uyğun olaraq daha aşağı qiymətə menyular da təqdim etmək olur. Bunun üçün isə menyudan bəzi yeməklər çıxarılır.

Yaxın vaxtlarda qiymətlərdə düşmənin olacağı gözlənmir. Toy sektorundan işləyənlər deyirlər ki, ərzaq və digər xərclərin bahalaşması bu templə davam edərsə, nəinki ucuzlaşma, bundan sonra bahalaşmanın olacağı da istisna edilmir.

Manset.az 

Son xəbərlər

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Avtomobillər ucuzlaşdı - Səbəb

Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO

Cəlilabadda qəza - iki nəfər yaralandı

Bütün xəbərlər