BAKU Azərbaycan
°C

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər 23 iyun tarixindən etibarən //eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İxtisaslar

Komissiya kodu

İnstrumental ifaçılıq (alətlər üzrə)

20,21,22,23,31

Vokal sənəti (sahələr üzrə)

24, 25, 28

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

26, 36

Dirijorluq (sahələr üzrə)

27

Bəstəkarlıq

29

Musiqi müəllimliyi

32

İnstrumental ifaçılıq (alətlər üzrə)

4302, 4402

Vokal sənəti (sahələr üzrə)

4701, 4702, 4501, 4502

İnstrumental ifaçılıq (alətlər üzrə)

220, 221, 222, 230

Vokal sənəti (sahələr üzrə)

223, 224

Aşıq sənəti

4102

Aşıq sənəti

227

Konsertmeysterlər əvvəlcə //ekabinet.dim.gov.az// linkinə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra //eservices.dim.gov.az/wpfqab/ linkinə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra "əlavə et" düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib "Axtar" düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra "Yadda saxla" düyməsini basmaq tələb olunur.

Abituriyentləri əlavə edib "Çap et" düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.

Son xəbərlər

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

İlin sonunadək bu 3 bürcün bəxti hər şeydə gəticək - Sevgi, pul, yeni iş…

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

Limon və laym arasındakı fərq nədir?

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Maksimum bal toplayan şagirdlərin adı AÇIQLANDI

Yevlaxda 62 yaşlı piyadanı maşın vurdu

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bütün xəbərlər