BAKU Azərbaycan
°C

Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Qasımov Müşviq Vidadi oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Gundem.az-a bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Müşviq Qasımovun FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanmış kifayət qədər sübutlar əsasında Müşviq Qasımov və Eldar Quliyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq davam edir.

Son xəbərlər

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib

Balaxanıda avtomobillə vurulan şəxsin çənəsi sınıb

ABŞ Konqresi inflyasiyanın azaldılması üçün 430 milyard dollarlıq paketi təsdiqləyib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Moskvaya səfər edəcək

Gəncədə tibb bacısı xəstə yaxınları tərəfindən liftdə döyülüb

Brilliant Dadaşova Prezidentin mahnısını dinləməsindən danışdı

İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən açıqlama

Məşhur iş adamının 1 ay öncə aldığı 20 milyonluq yaxta yanıb kül oldu - FOTO/VİDEO

Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...

"Onun dərdindən 18 yaşımda ərə getdim"

Turist Elbrusda uşaq dünyaya gətirdi

AB Ukraynaya 4 kater verdi

İranda zəlzələ OLUB

Kürdəmirdə ağır qəza - Yaralılar var

Türkiyədə müəmma: Yerin altından gələn qorxulu səs...

Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO

Naməlum şəxs 11 nəfəri öldürdü

"Eurovision 2023" bu şəhərlərdən birində keçiriləcək

Bütün xəbərlər