BAKU Azərbaycan
°C

Milli Məclis Rusiya ilə müqaviləni təsdiq edib. 

Gundem.az xəbər verir ki,  parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müqavilə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsini sədri Musa Quliyev bildirib ki,  yeni təsdiq edilən müqaviləyə əsasən, həm Azərbaycan, həm də Rusiya tərəfdəki pensiya stajları toplanacaq və bu, vətəndaşlarımızın pensiyasının artımına da səbəb olacaq: “Yəni proporsional şəkildə, hansı ölkədə neçə il əmək stajı olubsa, o ölkələr də buna uyğun ona pensiya ödənilməsində iştirak edəcəklər. Tutaq ki, Azərbaycan vətəndaşının 30 il stajı var, 20 il stajı Azərbaycanda, 10 ili də Rusiyada qazanıb, onun pensiyasının 1/3-i artıq Rusiya tərəfindən ödəniləcək”. 

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarixlər açıqlandı

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

Prezident qəbul keçirdi - FOTOLAR

Rusiya Sumda 2 kəndi ələ keçirdi

"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib" - İtaliya XİN

Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi – VİDEO

Məşhur müğənni axtarışa verildi

Soğanı bu cür doğrasanız gözünüz yaşarmayacaq

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

Sabah 34 dərəcə isti olacaq

Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident

Azərbaycanda yeni qurum yaradıldı

Rusiyanın dövlət televiziyasında ərazi bütövlüyümüzə qarşı növbəti hörmətsizlik

Bəzi ixtisaslarda keçid balları arta bilər – DİM sədri

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Partlayış səslərinə görə təşvişə düşməyin! - MN

Bütün xəbərlər