BAKU Azərbaycan
°C

"Ay ana, ay xala, ay nənə, necə qıydınız o körpələrə? Niyə götürüb saxlamadınız? Gecələr necə rahat yatırdız? Heç demədinmi bacımın yetim balaları nə yeyir, nə içir? Bəlkə acdılar, susuzdurlar? Bu qədərmi daşa dönmüsünüz? Bu qədərmi zalım olmusunuz?"  

Gundem.az  xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova sosial şəbəkə hesabında yazıb.

Sənətçi uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun xalasının çıxış videosunu paylaşaraq, onun ortaya çıxmasını sərt şəkildə tənqid edib. 

"İndi sözüm sənədir, ay nənə. Bəs deyirlər, nəvə baladan şirindir? Ay nənə, nəvələrin bu qədər mi acı olurmuş? Ay nənə, qızın heç mi yuxuna girmədi? Bəs o dünyada necə cavab verirsən qızına? Qorxuram uşaqlar bundan sonra nənələrinə nifrət etsinlər. Ancaq sən narahat olma, sənin kimi nənələr az deyil. Bu hamısı zalım fələyin işidir. Onsuzda Səbuhinin ruhu sizi yaxın buraxmayacaq.

O sizi bağışlasa belə, Allah sizi bağışlamayacaq. Bu biabırçılıqdansa, heç gərək üzə çıxmazdınız. Elə hamı sizi yox bilərdi. Səbuhiyə yer də göy də ağlayır. Heçmi ürəyiniz sızlamadı? Nəisə... Ürəyim yandı, külə döndü. Yanıb külə dönəsiz", - deyə Könül fikirlərini ifadə edib.  
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 80 şəhid verib.    

Son xəbərlər

Sumqayıtda yaşayış binasında yanğın OLUB

Qadınlarla bağlı ÜZÜCÜ STATİSTİKA: son 10 ilin ən yüksək həddinə çatdı...

Əbədi xoşbəxtlik:3 bürc bunun sirrini artıq tapıb

Aİ vətəndaşlarına Rusiya dövlət şirkətlərində vəzifə tutmaq qadağan oluna bilər

Yunanıstanda İran səfirliyinə “Molotov kokteyli” atıldı

Latviya və ABŞ birgə təlimlər keçirəcək

İrandakı etirazların canlı simvolu güllələndi - VİDEO

Almaniyada təyyarələr göydə toqquşdu: Hər iki pilot həlak oldu

Canni De Byazi: "Düzgün yoldayıq, komanda inkişaf edir"

Fransa gələn il qaz tariflərini 15 faizdən çox artırmayacaq

Şolts: "Ukraynaya tankların göndərilməsi təhlükəlidir"

Daşkəsəndə yol qəzası - xəsarət alanlar var

Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi OLDU

Londonda İran səfirliyi qarşısında aksiya keçirilib - FOTO

İran polisi qadınları atəşə tutdu

“Instagram”da yenilik: Hekayələrin müddəti uzadıldı

Moldovada müxalifətin etiraz aksiyası başlayıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

5 dəqiqədə yuxuya getmək üçün:Bunu edin

Ermənilərin uzaqdan idarə edilən minaları aşkarlandı - VİDEO

Bütün xəbərlər