BAKU Azərbaycan
°C

Xalq artisti Afaq Bəşirqızı azərbaycanlı iş adamı Mübariz Mənsimova müraciət ünvanlayıb.

Gundem.az xəbər verir ki, aktrisa, Mənsimovun sahibi olduğu mərhum sənətkar Bəşir Səfəroğlunun adına bağışlanan gəminin şəhidlərə ithaf olunmasını istəyir:

“Gözəl insan, qeyrətli oğul, əsl azərbaycanlı Mübariz bəy, bu günlərdə Zümrüd xanımın - sizin ananızın müraciətini dinlədim. O qadına qarşı hörmətim birə-beş artdı. Zatən çox istəyirdim, çünki o, həyata və bizə sizin kimi oğul bəxş edib. Özünü cəmi iki dəfə görməyimə baxmayaraq, ona və sizə qarşı həddindən artıq hörmətim, sevgim, sədaqətim var. Sizin hədiyyə etdiyiniz gəmini şəhidlərə bağışlayıb. Çox mütəəssir oldum, alqışladım, sevinc göz yaşlarına boğuldum. Fikirləşdim ki, siz məhz belə ananın oğlu ola bilərsiniz.

Sizdən xahişim budur ki, atam Bəşir Səfəroğlunun adına verdiyiniz gəmini şəhidlərin adına bağışlayasız. Çünki Bəşir Səfəroğlu sənətkardır, əsl sənətkar əsrlərlə yaşayır. Amma əsl sənətkar eyni zamanda vətənini, torpağını sevən insandır. O da sağ olsa, mütləq belə bir addım atardı. Ona görə də çox xahiş edirəm, atam Bəşir Səfəroğlunun gəmisinin şəhidlərimizin adına bağışlanmasına icazə verəsiniz. Gəminin Birinci Qarabağ müharibəsində canından keçən oğullarımızın, indi-indi sümükləri torpağın altından çıxan naməlum şəhidlərimizin, İkinci Qarabağ müharibəsində şəhadətə ucalan igidlərimizin ümumi adına bağışlanmasını arzulayıram. Bilirəm, siz neçə vaxtdır şəhidlərimizlə, ailələrinin problemləri ilə maraqlanırsız, yaxınlarını qəbul etmisiz, onlarla danışmısız. İstərdim ki, bu elə bil ad olsun ki, mənim ürəyimdən tikanı millimetr qədər də olsa, çıxara bilsin. Bu da böyük şeydir. Çox sağ olun, minnətdaram, sizi çox istəyirəm, sizə böyük hörmətim var. Allah sizi qorusun, amin!”.

Qeyd edək ki, Mənsimovun anası Zümrüd xanım öz adına olan gəminin adının dəyişdirilməsini, “Qarabağ şəhidləri” qoyulmasını istəyib.

Pravda.az

Son xəbərlər

Şahin Mustafayevin rəhbərlik etdiyi işçi qrup Xankəndidə görüş keçirəcək

Xilasedicilərimiz Qazaxıstanda beynəlxalq yarışda iştirak ediblər

Volkan Bozkır uğurlu antiterror tədbirlərinə görə İlham Əliyevi təbrik edib

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşdə bu məsələlər müzakirə olunub - YENİLƏNİB (VİDEO)

İranda neft emalı zavodunda partlayış olub

Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Prezidentlər Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər

“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirildi

"Bu, Türkiyə tərəfindən atılan qardaşlıq addımıdır" - İlham Əliyev

Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edildi - VİDEO

"Son səfər strateji aspektdən olduqca vacibdir" - Deputat

Qənirə Paşayevanın VƏSİYYƏTİ BİLİNDİ

Musa Qurbanlı: “İki oyundur qol vurmuram və özümə inamım azalıb”

Prezidentdən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşlə bağlı AÇIQLAMA

Ərdoğan antiterror əməliyyatından DANIŞDI

Bəxtiyar Hacıyev Birinci vitse-prezidentdən kömək istəyib

"Onlar Azərbaycan vətəndaşlarıdır" - İlham Əliyev

"Türkiyə ilə əlaqələrimizin fəal dövrünü yaşayırıq" - Prezident

"Abrams"ların ilk partiyası Ukraynaya çatdırılıb

Moskva Paşinyanın bəyanatlarını bəyənmir - Zaxarova danışdı

Bütün xəbərlər