BAKU Azərbaycan
°C

Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Milli Məclisdə 29 il müxtəlif vəzifələrdə çalışan vəzifəli şəxs saxlanılıb. 

Rövşən (şərti) 1993-cü ildən Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb, sonuncu vəzifəsi isə Aparatın Komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi olub. O, baş verən hadisələrə görə 22 iyun 2022-ci il tarixdə isə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Onun saxlanılmasına səbəb isə təmsil etdiyi qurumda rəhbər şəxslərlə geniş əlaqələrinin olması və bu əlaqələrdən istifadə edərək tələbə yoldaşı Cavanşir Kazımov vasitəsi ilə tanış olduğu Həsən Adilovu (şərti) 25 min manat pul müqabilində Milli Məclisdə vəzifəyə təyin etdirəcəyinə inandırması olub. Belə ki, o, 2019-cu ilin aprel ayının ortalarında Milli Məclisin inzibati binasının qəbul otağında zərərçəkmişlə görüşüb və onu 23.000 manat məbləqində vəzifəyə təyin etdirməyə razılaşıb.

Bundan başqa, o, həmin vəzifədə olarkən Cavanşir Kazımov və qeyrisi ilə qabaqcadan əlbir olaraq, müxtəlif şəxslərdən müxtəlif məbləğlər almaqla Fövqəladə Hallar Nazirliyinin Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyinə inandırıb.

Həsən Adilova bu ilin may ayınadək vəzifəyə təyin olunacağı ilə bağlı vəd verilsə də, bu baş verməyib. Zərəçəkmiş onunla dəfələrlə əlaqə saxlayaraq pulunu tələb edib, lakin 23 min manat geri qaytaılmayıb. Bu səbədən o, may ayının 16-da Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Məclisin əməkdaşı və onun tanışı Cavanşir Kazımovla bağlı şikayət edib.

Baş Prokurorluqda istintaq davam edərkən təqsirləndirilən şəxs Həsən Adilova 20 min manat qaytarıb. Bundan sonra iş məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən təqsirləndirilən şəxs 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib./Qaynarinfo

Son xəbərlər

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Avtomobillər ucuzlaşdı - Səbəb

Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO

Cəlilabadda qəza - iki nəfər yaralandı

Bütün xəbərlər