BAKU Azərbaycan
°C

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 44-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisində maneəsiz hərəkət edirlər.

Gundem.az  xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 45 maşınının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 12 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Nəticədə azərbaycanlı ekofəallar Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən dinc aksiyaya başlayıblar.

Son xəbərlər

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ürəyi trombdan qorumaq qoz yeyin – Həkim

Pakistanda məsciddə güclü partlayış - 61 ölü, 150 yaralı

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir?

Azərbaycan ali tribunalda Laçın yolunun bağlı olmasını TƏKZİB ETDİ

Lorente “Roma”nın bir addımlığında

Erməni silah alverçisi David Qalstyan SAXLANILDI

Yoluxanların sayı azaldı

Son sutkada 6 nəfər koronavirusa YOLUXDU

Qayınanası Şakiraya şiddət göstərib - ŞOK VİDEO YAYILDI

Sabirabadda ağır qəza - Ölən və xəsarət alan var

Öpüş səhnəsi ilə gündəm olan aktrisa: “Azərbaycanda stereotipləri qırmaq lazımdır”

25 hamilə qadın Putinə ŞİKAYƏT ETDİ

Fransa-Türkiyə arasında nə baş verir? - VİDEO

"Rusiya ən böyük hücuma hazırlaşır" - Stoltenberq

“Məni döydüyünüz üçün təşəkkürlər” - VİDEO

Zirzəmidə dəhşətli mənzərə: 6 uşaq...

“Qarabağ” onun getdiyini açıqladı

Tehran Bakının hansı tələblərini yerinə yetirməlidir? - VİDEO

Gəncədə bir ailənin üç üzvü BIÇAQLANDI

Bütün xəbərlər