BAKU Azərbaycan
°C

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2022-ci ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır. Real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank ötən ilin sonunu 1,9 mln. manat xalis mənfəətlə başa vurmuşdur.

2022-ci ilin yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,9% və ya 105,9 mln. manat artaraq 820,8 mln. manat, o cümlədən müştərilərə verilmiş kreditlər 25,7% və ya 112,1 mln. manat artaraq 548,5 mln. manat təşkil etmişdir. Daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank-ın depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% və ya 11,8 mln. manat artaraq 429,3 mln. manat, fiziki şəxslərin depozitləri isə 27.3% və ya 70,3 mln. manat artaraq 327,9 mln. manat təşkil etmişdir. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.

2022-ci il IV rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ilə nüfuzlu maliyyə qurumu Incofin İnvestisiya Fondu arasında Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır.  Məlumat üçün bildirək ki, 2022-ci il ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirmişdir. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olmuşdur.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank 

Bizimlə etibarlıdır...

Son xəbərlər

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

Sabah 30 dərəcə isti OLACAQ

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Aprel çağırışı yekunlaşır - FOTO

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bütün xəbərlər