BAKU Azərbaycan
°C

Azərbaycanın mövqeyi belədir: ərazi bütövlüyümüzü qorumaq və biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Biz bu gün Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük və hər bir ölkə vətəndaşı kimi onlara da hüquq və azadlıqları təmin edən Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Gundem.az xəbər verir ki, bunu Fransanın “Revue Conflits” saytına müsahibəsində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva deyib.

Səfir bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan və üçtərəfli saziş imzalandıqdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. Ölkəmiz də sülh müqaviləsinin imzalanmasını təklif etdi, biz müharibədən əvvəlki irsin kütləvi şəkildə məhv edildiyini aşkar etdikdə bu, asan qərar deyildi. Mən bu məqamı ona görə qeyd edirəm ki, hər kəsin aydın təsəvvürə malik olması vacibdir ki, üçtərəfli saziş imzalanandan ertəsi gün Azərbaycan bilirdi ki, iki ölkə arasında sülhün imzalanması haqqında belə tez danışmaq heç də asan deyil.

"Sonradan Azərbaycan və Ermənistan liderləri son iki ildə bir neçə dəfə görüşdülər, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşlər oldu. Liderlərin son görüşləri Brüssel, Praqa və Soçidə keçirilib.

Ötən il hər iki ölkə sülh sazişinə nail olmağa yaxın idi. Təəssüflər olsun ki, hər dəfə iki ölkə saziş imzalamağa yaxınlaşanda bir hadisə (erməni təxribatları) bu imzalanmaya əngəl törədir. Məsələn, sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Ermənilər Azərbaycan ərazilərində minalar basdırmağı planlaşdırırdılar, ona görə də biz bu təcavüzə reaksiya verərək, ermənilərin Azərbaycanın mülki əhalisini hədəfə almaq üçün istifadə etdiyi, demarkasiya edilməmiş sərhəddə yerləşən strateji yüksəklikləri ələ keçirdik", - deyə o, əlavə edib.

Son xəbərlər

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ürəyi trombdan qorumaq qoz yeyin – Həkim

Pakistanda məsciddə güclü partlayış - 61 ölü, 150 yaralı

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir?

Azərbaycan ali tribunalda Laçın yolunun bağlı olmasını TƏKZİB ETDİ

Lorente “Roma”nın bir addımlığında

Erməni silah alverçisi David Qalstyan SAXLANILDI

Yoluxanların sayı azaldı

Son sutkada 6 nəfər koronavirusa YOLUXDU

Qayınanası Şakiraya şiddət göstərib - ŞOK VİDEO YAYILDI

Sabirabadda ağır qəza - Ölən və xəsarət alan var

Öpüş səhnəsi ilə gündəm olan aktrisa: “Azərbaycanda stereotipləri qırmaq lazımdır”

25 hamilə qadın Putinə ŞİKAYƏT ETDİ

Fransa-Türkiyə arasında nə baş verir? - VİDEO

"Rusiya ən böyük hücuma hazırlaşır" - Stoltenberq

“Məni döydüyünüz üçün təşəkkürlər” - VİDEO

Zirzəmidə dəhşətli mənzərə: 6 uşaq...

“Qarabağ” onun getdiyini açıqladı

Tehran Bakının hansı tələblərini yerinə yetirməlidir? - VİDEO

Gəncədə bir ailənin üç üzvü BIÇAQLANDI

Bütün xəbərlər