Cəmiyyət
30.01.2023 / 13:40
617
Bakıda rəis nöqsanlara görə İŞDƏN ÇIXARILDI
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Azər Namazovun dövlət qulluğuna xitam verilib.
Gundem.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, Azər Namazovun İdarə rəisi kimi tarixi mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyətində yol verdiyi nöqsanlara görə dövlət qulluğunda fəaliyyətinin müddəti uzadılmayıb və tutduğu vəzifədən azad edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay