BAKU Azərbaycan
°C

"Ölüm haqdır..." desələr də, dünyasını vaxtsız dəyişənlər vəfatı ilə həm ailə üzvlərini, həm də yaxınlarını dərindən sarsıdırlar. Həyatdan erkən yaşda köçənlər arasında adi vətəndaşlarla yanaşı tanınmış simalar da var.

Gundem.az baku.ws-ə istinadən 50 yaşına çatmamış vəfat edən azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Hüseyn Dərya

Repçi Hüseyn Dərya 2014-cü il martın 14-də gecə saat 23:00 radələrində Bakının Xəzər rayonunda idarə etdiyi "Opel Astra" markalı avtomobilini onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpıb. Qəza zamanı ağır xəsarətlər alan Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həytaını xilas etmək mümkün olmayıb. Repçi qəzanın səhəri günü, yəni martın 15-də 38 yaşında dünyasını dəyişib. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Vüqar Biləcəri

2004-cü ildə "De, Gəlsin!" layihəsi ilə tanınan meyxanaçı Vüqar Biləcəri 32 yaşında dünyasını dəyişib. Meyxanaçı 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən vəfat edib. Daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilən Aydın Hökməli qəbiristanlığında dəfn edilib.

Anar Nağılbaz

Repçi və aktyor Anar Nağılbaz sirrozdan əziyyət çəkirdi. Onun 2018-ci il avqustun 4-də evində halı pisləşib. Ailəsi onun üçün təcili yardım çağırsa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib. Mətbuatda repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma kimi qeyd olunub. 42 yaşında dünyasını dəyişən Anar 2018-ci ilin avqustun 4-də Masazır qəbiristanlığında torpağa tapşırılıb.

Hacı Şahin Həsənli

 

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli ötən gün gecə dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirib. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.

Rəhim Rəhimli

Müğənni Rəhim Rəhimli 45 yaşında vəfat edib. O, 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib. Mərhum Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Xanım Qafarova

Süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 2014-cü ilin iyulun 11-də dünyasını dəyişib. 47 yaşlı aktrisa Kürdəxanı qəbiristanlığında dəfn olunub.

Şahin Zəkizadə

Azərbaycanlı rejissor Şahin Zəkizadədə qan xərçəngi xəstəliyi aşkarlanıb. O, 2016-cı il sentyabrından Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında intensiv müalicə alıb. Bir neçə ay sonra onun xəstəliyi şiddətlənib. 2017-ci ilin fevralın 12-də komaya düşən Şahin fevralın 16-da dünyasını dəyişib. 38 yaşlı rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.

Aydın Xırdalanlı

Meyxanaçı Aydın Xırdalanlı həyatının son dövründə depressiyada olub. 2018-ci ildə özəl xəstəxanaya yerləşdirilən Aydında müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb. O, 2019-cu il martın 23-də Şah İsmayıl Xətai ilə bağlı sənədli filmə baxan zaman 41 yaşında vəfat edib. Xırdalanlının nəşi elə Xırdalan qəbiristanlığına dəfn olunub.

Tünzalə Əliyeva

Əməkdar artist Tünzalə Əliyeva ötən ayın 22-də xərçəng xəstəliyindən vəfat edib. 49 yaşlı aktrisa "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTO

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

Cavanşir Məmmədov VƏFAT ETDİ

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Bütün xəbərlər