BAKU Azərbaycan
°C

Ramiz Mehdiyev nə vaxtdan bəri “dövrümüzün mahir tədqiqatçısı və görkəmli filosofu” olub?
 

Gundem.az xəbər verir ki, bu başlıqlı məqalə 15 iyun 2004-cü il tarixində "YeniAzərbaycan" qəzetində dərc olunub.

Məqaləni “Facebook” profilində yenidən bölüşən mətbu orqanın baş redaktoru Alqış Musayev bəzi faktlara da toxunub. 

Alqış Musayev Ulu Öndər Heydər Əliyev haqqında yazılan “Dünyanı heyran qoyan insan” kitabına guya Ramiz Mehdiyevin yazdığı ön sözə aydınlıq gətirib.

Belə ki, ön söz də, təqdimatda səslənən fikirlər də Ramiz Mehdiyevə aid deyil. Amma tədbirdə iştirak edən yaltaqlar Ramiz Mehdiyevin adını 33 dəfə çəkiblər. Hərçənd ki, Heydər Əliyev barədə kitabın təqdimatında onun siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev haqqında cəmi 4 yerdə bəhs olunub. 

Qəzetin 11 iyun tarixli sayındakı yazılardan birinə münasibət bildirən Alqış Musayev “müasir dövrün mahir tadqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev”, - fikirlərinə münasibət bildirib.

AMEA rəhbərinin belə təqdimatını əttökən adlandıran Azərbaycanın sanballı filosoflarının adını çəkib ki, o siyahıda R.Mehdiyev yoxdur:

“Uşaqdan böyüyə qədər hər bir vətəndaşımız yaxşı bilir ki, azərbaycançılıq ideologiyasının ideoloqu müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevdir”.


Yazının davamında Alqış Musayev bildirib ki, Prezident Administrasiyasının eks rəhbəri məqaləsini “beynəlxalq” miqyasda da təbliğ etməkdən çəkinməyib. Məqalə dərc olunduqdan dərhal sonra “Azad Avropa” radiosunun şərhçisi məqaləyə münasibət bildirib. Həmin şərhi “Boz kardinal müxalifəti tənqid edir” başlığı ilə “AzərTAc” operativ surətdə bütün qəzetlərə yayıb. 

Yazıya kinayə dolu suallarla davam edən Alqış Musayevi düşündürən məqamlardan biri də PA-da gərgin rejimdə çalışan Mehdiyevin professor olmağa necə vaxt tapmasıdır:

“Hələ onu demirik ki, R.Mehdiyev Dövlət İdarəetmə Akademiyasında kafedra müdiridir. Belə təəssürat yaranır ki, dövlət işi o qədər asandır ki, burada çalışanlar doktor, professor, tədqiqatçı və hətta ideoloq da ola bilərmiş. Əgər Mehdiyevin fəlsəfi tədqiqatlar sahəsində belə istedadı varsa, nə üçün inzibati aparatda öz “istedadını” korlayır. Qoy Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərsin və yaxud da neçə illərdir “bron” saxladığı kafedra müdiri vəzifəsinin icrasına başlasın”. 

Jurnalist sonda xatırladıb ki, Heydər Əliyev yaltaq və simasız insanlara qarşı həmişə mübarizə aparıb.

Prezident İlham Əliyev də öz növbəsində dəfələrlə bəyan edib ki, “mən üzərimə böyük məsuliyyət götürmüş adi azərbaycanlıyam. Məni tərifləmək lazım deyil”. Əgər hansısa məmur özünü heç bir məsuliyyət daşımayan “qeyri-adi” azərbaycanlı sayırsa, o kökündən yanılır və bu davranışına görə cavab verməlidir. Bizim.Media







Son xəbərlər

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

Bakıda üç qardaşın avtoritetlə “razborkası” ölümlə bitdi - VİDEO

Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - VİDEO

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? - VİDEO

"Qarabağ" güclüdür, lakin... - "Braqa"nın futbolçusu

Paşinyan Fransadan alınan silahlardan danışdı

DİQQƏT! Fevralın 25-i 18:00-dan 27-dək... - FOTO

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Azərbaycana 1 milyondan çox pul gətirən qadın saxlanıldı

17 yaşlı gənc intihar ETDİ

DTX sanatoriyasını bu komandaya verdi

Keçmiş baş nazir müsahibə üçün bir milyon istədi

Şəmkirdə avtomobilər toqquşub, xəsarət alanlar var

Helikopter qəzasında 3 nəfər öldü

Türkiyə ABŞ-a onu səfir təyin etdi

Balakəndə ev yanaraq kül OLDU

Qarabağa getmək istəyənlərin nəzərinə!

"Bozun 50 çaları"nın aktrisası bu hala düşdü - FOTO

Nuno Rodriqes: “Braqa” üçün Bakıdakı oyun da çox çətin olacaq”

XƏBƏRDARLIQ: Bu gün iki tonluq peyk Yerə çırpılacaq - Hara düşəcəyi bilinmir

Bütün xəbərlər