BAKU Azərbaycan
°C

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi (MHM) nazirliyin digər qurumu “AzInTelecom” MMC-yə birləşdirilib. İki qurumun birləşdirilməsi ilə yenidən təşkil edilən “AzInTelecom” MMC-də qabaqcıl təcrübəyə əsaslanaraq idarəetmədə korporativ standartlar tətbiq olunacaq.

Gundem.az Nazirliyə istinadla bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli Fərmanına əsasən ölkəmizdə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Fərmanın icrası məqsədilə RİNN-in tabeliyində olan qurumlarda korporativ idarəetmənin və dövlət əmlakından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, sözügedən qurumların fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində işlərə başlanılıb.

“Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanla yanaşı, “Hökumət buludunun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman da iki qurumun birləşdirilməsini, eləcə də “AzInTelecom”un yenidən təşkilini aktual edib. Birləşmə Data mərkəzində infrastruktur işlərinin optimallaşdırılmasına, bulud texnologiyasına əsaslanan bulud xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılmasına, elektron xidmətlərin təşkili üçün texniki heyətin bir mərkəzdə cəmləşdirilməsinə, bu sahədə xərclərin optimallaşdırılmasına və gəlirlərə vahid nəzarət mexanizminin təmin edilməsinə imkan yaradacaq. “AzInTelecom”un yenidən təşkili ilə Data mərkəzində həyata keçiriləcək yeniliklər sayəsində Böyük həcmli məlumatlar (Big data) kimi təşəbbüslərin tətbiqində uğurların qazanılması, habelə “Ağıllı şəhər (Smart City)” və “Ağıllı kənd (Smart Village)” konsepsiyasının sürətli icrası mümkün olacaq.

Yeni yanaşma rəqəmsal imza sertifikatının da inkişaf etdirilməsinə şərait yaradır. Biometrik autentifikasiya və bulud texnologiyalarını özündə birləşdirən elektron imza konsepsiyası ilə vətəndaşlara operativ və daha əlçatan rəqəmsal imza xidməti göstəriləcək.

Qeyd edək ki, birləşmə texnoloji sistemlərin, eləcə də xidmət və məhsulların inteqrasiyasına imkan yaradaraq yeni sahibkarlıq subyektlərinin formalaşması üçün üfüqlər açacaq. Zəngin İKT ənənələrinə malik MHM-in qabaqcıl rəqəmsal infrastruktura sahib “AzInTelecom”a birləşdirilməsi transformasiya üzrə proseslərin effektiv yerinə yetirilməsinə təkan verəcək, habelə Azərbaycanın regionda innovasiyalar mərkəzinə çevrilməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edəcək.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər