BAKU Azərbaycan
°C

Bakıda keçmiş məcburi köçkünlər üçün tikilmiş 1662 mənzilin satışı davam edir.

Gundem.az Xəzər TV-yə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi Adil Əkbərov deyib ki, Bakıda satışa çıxarılan mənzillər dövlət sifarişi ilə tikildiyinə və torpaq dövlət tərəfindən təmin olunduğuna görə maya dəyəri aşağı olub.

Buna görə də bu mənzillər bazar dəyərindən xeyli aşağı qiymətə təklif edilir. Həmin mənzillərin bir kvadratmetri Samuxda 435 manatdan, paytaxtda isə 600 - 800 manatdan başlayır.

Bu mənzillərin satışı iyulun 20-dək davam edəcək.

Sosial Xidmətlər Agentliyinin baş mütəxəssisi bildirir ki, şəhid ailələrinin mənzil təminatı da davam etdirilir. Bu ilin əvvəlindən 260 şəhid ailəsinə mənzillər təqdim olunub. Digər şəhid ailələrinin mənzil təminatı üçün də işlər həyata keçirilir. Bununla bağlı artıq açıq tender elan edilib.

Şəhid ailələri üçün artıq Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması nəzərdə tutulur.

 

Son xəbərlər

Qlobal istiləşmə güclənir: Riskli olan ölkələr bunlardır

Zəncirvari qəza: 2 ölü, 20 yaralı

Taksi fəaliyyəti ilə bağlı QAYDA

Röya dünya çempionatının açılışında - VİDEO

Dünya çempionatının ilk qalibləri bəlli olub

Gecələr ayaq altı yanırsa - Səbəbi

“Barbie” Aygün Kazımova... - FOTO

Simsiz qulaqlıqların TƏHLÜKƏSİ: Yanır və partlayır

Biləsuvarda yeni qurum yaradıldı: ərazi zibillərdən təmizlənir

Şolts Ərdoğanı Almaniyaya səfərə dəvət etdi

Türkiyədəki seçkilərin yekun nəticələri bu tarixdə elan ediləcək

Cibində 7 qumbara ilə gəzən şəxs SAXLANILDI

Putin və Ərdoğan telefonla danışdı

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi

Qayıq batdı - 50 nəfər itkin düşdü

Laçının möhtəşəm gecə görüntüsü - VİDEO

Tovuzda avtomobil yandı - Xəsarət alan var

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Ronaldo yenidən milliyə dəvət aldı

Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

Bütün xəbərlər