BAKU Azərbaycan
°C

Mədəniyyət Nazirliyi əməkdar artist Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nazirlikdən Gundem.az verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.

Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.

Son xəbərlər

Azərbaycanda bu qanunlar ləğv ediləcək

Sahibə Qafarova irlandiyalı həmkarı ilə görüşdü

Təslim olmayacağını deyən erməni komandir Qarabağdan QAÇDI

Ambulator şəkildə xəstələrə dərmanların verilməsi ilə bağlı təkliflər NK-ya göndərildi

Vardanyan: "Ermənistan Rusiya ilə münasibətlərə xələl gəlməsin deyə çox çalışdı"

Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq

"Söyüdlüdə fəaliyyət göstərən şirkət pozuntu hallarının olduğunu etiraf edib" - Nazir

Həbsdə olan sabiq hakimlə bağlı QƏRAR

Qarabağda antiterror tədbirlərindən sonra atəşkəs rejimi pozulmayıb

"Bazarstore"nin nəzarətçisini bıçaqlayanlar tutuldu

Vüqar Qurbanov: "TƏBİB-ə təşəkkürlər getdikcə artır"

Ərdoğanın oğlu Bakıdadır

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə görüşdü - Fotolar

"Bu tədbirlər pandemiyanın törədə biləcəyi fəsadların qarşısını aldı" - Səhiyyə naziri

Atasını bıçaqlayan oğula bu qədər cəza verildi

"Qapalı test tapşırıqları yeganə qiymətləndirmə vasitəsi deyil" - Nazirlik rəsmisi

Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub

Bakıda narkotik satan şəxslərdən 13 kq heroin və 2 tapança götürüldü - VİDEO

ABŞ Bakı və İrəvanı danışıqlar masasına qaytarmağa çalışır

Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

Bütün xəbərlər