BAKU Azərbaycan
°C

"Düz 1 il əvvəl, dekabrın 29-da "Qorqud” Vikipediya Metodik Klubun əsasını qoyduq. Dövlətimiz Ermənistanla müharibədə qələbə qazanmışdı, işğalçını torpaqlarımızdan qovmuşduq. Ancaq hamımız bilirik ki, əsrlərdir torpağımıza, tariximizə, mədəniyyətimizə, mətbəximizə göz dikmiş düşmənlə informasiya müharibəmiz hələ davam edir”.

Gundem.az bildirir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. O qeyd edib ki, döyüş meydanında məğlub olan düşmən tarixi saxtakarlığa əsaslanan məkrli niyyətlərini daha kəskin aqressiya ilə informasiya məkanında sürdürəcək:

"44 günlük müharibədən sonra Vikipediyaya nəzər yetirdikdə gördüyümüz ilk fakt bu oldu: iki ay ərzində Vətən müharibəsinə dair ingilis dilli məqaləyə 3 milyondan çox baxış olmuşdu. Məhz bu statistika bizi Vikipediya platformasında könüllülük əsasında fəaliyyət göstərməyə həvəsləndirdi, stimul verdi. Ötən il ərzində ekspertlərimiz Sübhan Xıdırzadə və Ayxan Zaidzadənin rəhbərliyi ilə keçən təlimlərimizə yüzlərlə gənclərimiz qatılıb, onların bir qismi Vikipediyada onlarla məqalələr yaradıblar. Biləsüvar və Gədəbəydən olan gənclərimiz Vətən müharibəsi şəhidlərimizin adlarını açıq ensiklopediyaya daxil edib, onlar barədə məqalələr yaradıblar. Almaniyada, Özbəkistanda və Gürcüstandakı soydaşlarımız "Qorqud”a qoşularaq yaşadıqları ölkələrin dövlət dillərində Azərbaycana həsr edilmiş məqalələr yaradaraq Vikipediyada yerləşdiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllim və tələbə heyəti tərəfindən xüsusi qrup yaradılıb və təlimlərimizdə iştirak edib. Bugünədək könüllülərimiz ingilis dilindən tutmuş xorvat dilinədək müxtəlif dillərdə 1015 məqalə yaratmağa müvəffəq olublar. Minlərlə məqaləyə əlavələr ediblər. Azərbaycan dilində yaradılan məqalələrin sayı 400-ü keçib. İngilis və rus dillərini mükəmməl bilən dostlarımız fəaliyyətimizə dəstək verərək bu dillərə onlarla məqalə təcürmə ediblər”.

Deputat bildirib ki, ötən gün  Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə keçirilən tədbirdə ötən 1 ilin hesabatı dinlənilib:

"Həmkarlarım Ramil Həsən, Naqif Həmzəyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla birlikdə təlimlərdə fəallıqları ilə seçilən BDU-nun tarix və jurnalistika fakültələrinin tələbələrini diplomlarla təltifləndirdik. Hər birimiz Vətən qarşısında üzərimizə düşən və gücümüz çatan formada borcumuzu verməliyik. 1 il əvvəl bunu cəngavər döyüşçülərimiz etdilər. İndi xüsusilə informasiya cəbhəsində bunu hər birimiz, xüsusilə də gənclərimiz edə bilər. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını nəzərə alsaq, "Qorqud” kimi platformalar bu istiqamətdə əlverişli intellektual müstəvidir”.

Son xəbərlər

Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

Moskvada fövqəladə xəbərdarlıq edildi

Xameneinin ölümünə hazırlıq – Varis seçimi gedir

“HƏMAS razılaşmanı pozdu” - Netanyahu

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

Məşhur cütlük 14 ildən sonra boşanır

Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım etdi

Qəzza İslam Universitetinin rektoru həlak oldu

Xoşbəxt ailə qurmaq istəyirsinizsə belə şəxslərdən qaçın!

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

Kürdəmirdə ağır qəza: xəsarət alanlar var

Qərbin Ermənistana ixracı 200% artıb, Brüssel hara baxır?

ABŞ, Böyük Britaniya və Aİ-dən 3 ölkəyə XƏBƏRDARLIQ

Futbolçumuz Albaniya klubunda növbəti qolunu vurdu

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Sürücülərə Bakının əsas prospektlərindən biri ilə bağlı mühüm xəbərdarlıq

Gömrük limiti ilə bağlı rəsmi açıqlama

Bütün xəbərlər