BAKU Azərbaycan
°C

10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir.

Gundem.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Diqqətə çatdırılıb ki, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb.

"10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib. Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur",- brifinqdə qeyd olunub.

Son xəbərlər

İspaniyada matəm elan edildi

Erməni silahlı təşkilatı VOMA Qarabağda partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb

Türkiyədə yenidən zəlzələ baş verdi

Tesla Çin bazarı üçün yenilənmiş "Model Y" krossoverini buraxdı

Roma Papası Azərbaycan və Ermənistanı dialoqa ÇAĞIRDI

Messi azərbaycanlı iş adamını evində qonaq etdi

Malidə üsyançılar ordunun bazasını ələ keçirdiklərini bəyan ediblər

Britaniya Ukraynaya qoşun yeridir

Daha bir serial eşqi gerçək OLDU

Kadırov səhhəti barədə danışdı

Armen Qriqoryan Tehrana getdi

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Nazirlər və parlament üzvləri üçün beynəlxalq toplantı keçirilib

Qazaxıstan təmsilçiləri Bakı Konqresində iştirak edəcəklər

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

Beyləqanda həyətyanı sahələri su basdı - VİDEO

Cozep Borrell Kiyevə getdi

XİN Türkiyədəki terror hücumunu kəskin PİSLƏDİ

Bütün xəbərlər