BAKU Azərbaycan
°C

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri azaldılıb.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin “Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 16 noyabr tarixli 260 nömrəli qərarında dəyişiklik edib.

Əvvəlki qərara əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan miqrasiya orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, yaxud Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı əsasında miqrasiya orqanlarına bərpa edilmiş işçilərin miqrasiya orqanlarından xaric olunduqları gündən işə bərpaolunma haqqında əmrin verildiyi günədək olan miqrasiya orqanlarında qulluq keçmədikləri müddət qulluq illərinə daxil edilirdi. Dəyişikliklə bu səlahiyyət Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən alınıb.

Həmçinin, dəyişikliklə miqrasiya orqanları işçilərinin qulluq illəri yalnız Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparatının müvafiq struktur bölməsi tərəfindən bu Qaydaya uyğun olaraq hesablanacaq. Bu Qaydanın 2-ci hissəsinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında, habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra - Dövlət Miqrasiya Xidmətinin rəisi) tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən aradan qaldırılacaq. Əvvəlki qərarda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin də belə bir səlahiyyəti vardı.

Bundan başda, Naxçıvanda miqrasiya orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibini artıq axçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti müəyyən etməyəcək. Bu səlahiyyət sadəcə Dövlət Miqrasiya Xidmətinin rəisi, müvafiq struktur qurumların rəhbərləri tərəfindən icra ediləcək.

Son xəbərlər

Antiterror əməliyyatında şəhid olanların bank borcları silindi

Kreml Qarabağdakı qondarma rejimin ləğvi ilə bağlı bəyanatı nəzərə alıb

Sümük iliyi transplantasiyası cərrahi müdaxilə olmadan həyata keçiriləcək

Putin Ermənistana səfər etməyi planlaşdırmır

Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

Azərbaycanda bu qanunlar ləğv ediləcək

Sahibə Qafarova irlandiyalı həmkarı ilə görüşdü

Təslim olmayacağını deyən erməni komandir Qarabağdan QAÇDI

Ambulator şəkildə xəstələrə dərmanların verilməsi ilə bağlı təkliflər NK-ya göndərildi

Vardanyan: "Ermənistan Rusiya ilə münasibətlərə xələl gəlməsin deyə çox çalışdı"

Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq

"Söyüdlüdə fəaliyyət göstərən şirkət pozuntu hallarının olduğunu etiraf edib" - Nazir

Həbsdə olan sabiq hakimlə bağlı QƏRAR

Qarabağda antiterror tədbirlərindən sonra atəşkəs rejimi pozulmayıb

"Bazarstore"nin nəzarətçisini bıçaqlayanlar tutuldu

Vüqar Qurbanov: "TƏBİB-ə təşəkkürlər getdikcə artır"

Ərdoğanın oğlu Bakıdadır

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə görüşdü - Fotolar

"Bu tədbirlər pandemiyanın törədə biləcəyi fəsadların qarşısını aldı" - Səhiyyə naziri

Atasını bıçaqlayan oğula bu qədər cəza verildi

Bütün xəbərlər