BAKU Azərbaycan
°C

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, tələb olunan şərtləri ödəyən namizədlər  imtahanda iştirak etmək üçün 19 sentyabr saat 10:00-dan 20 sentyabr saat 18:00-dək qurumun rəsmi saytında ödəniş edib qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi sentyabrın 23-də, danışıq bloku imtahanı isə sentyabrın 24-də keçiriləcək. Yuxarıda göstərilən müddət ərzində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 23-də və 24-də keçiriləcək imtahanlarda iştirak edə biləcəklər.

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Son xəbərlər

ABŞ Bakı və İrəvanı danışıqlar masasına qaytarmağa çalışır

Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

XİN Paşinyana CAVAB VERDİ

“Brent” neftin qiyməti cüzi ARTIB

Prezident Zəngilan kəndinin təməlini qoydu

Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü gözlənilir

Britaniyanın yeni müdafiə naziri Kiyevdə - Zelenski ilə görüşdü

Prezident “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib

Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı OLDU

Rusiyanın Ukraynadakı itkiləri 277 mini ötdü

Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

İlham Əliyev Zəngilanın Alıbəyli kəndinin təməlini qoydu

"Semaşka"ya yeni mətbuat katibi təyin olundu

Azərbaycan Özbəkistana başsağlığı verdi

XİN Ermənistana cavab verdi

“Səbail” fransalı futbolçu transfer etdi

“10 milyon əhalinin hər biri sığortalanıb”

“Həkimlərin orta aylıq maaşı 2000 manatdan çox artıb”

Bakıda qumbara tapıldı - VİDEO

Sülhməramlıların "KamAZ"ı aşdı, ermənilərin "Hummer"i və "Mercedes"i yandı

Bütün xəbərlər