BAKU Azərbaycan
°C

Sentyabrın 19-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

Bu barədə Gundem.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığı, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığı xüsusi vurğulanıb.

Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Erməni silahlı təşkilatı VOMA Qarabağda partizan mübarizəsinə başlayacaqlarını açıqlayıb

Türkiyədə yenidən zəlzələ baş verdi

Tesla Çin bazarı üçün yenilənmiş "Model Y" krossoverini buraxdı

Roma Papası Azərbaycan və Ermənistanı dialoqa ÇAĞIRDI

Messi azərbaycanlı iş adamını evində qonaq etdi

Malidə üsyançılar ordunun bazasını ələ keçirdiklərini bəyan ediblər

Britaniya Ukraynaya qoşun yeridir

Daha bir serial eşqi gerçək OLDU

Kadırov səhhəti barədə danışdı

Armen Qriqoryan Tehrana getdi

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Nazirlər və parlament üzvləri üçün beynəlxalq toplantı keçirilib

Qazaxıstan təmsilçiləri Bakı Konqresində iştirak edəcəklər

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimizə qarşı cinayət işinə xitam verilib

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar - FOTO

Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

Beyləqanda həyətyanı sahələri su basdı - VİDEO

Cozep Borrell Kiyevə getdi

XİN Türkiyədəki terror hücumunu kəskin PİSLƏDİ

Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir

Bütün xəbərlər