BAKU Azərbaycan
°C

Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən iş adamının görüntüləri ictimaiyyətdə narazılıqla qarşılanıb. Söhbət "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədovdan gedir.  

Gundem.az xəbər verir ki, sosial şəbəkələrdə qəhqəhə çəkib güldüyü üçün tənqid olunan Şahin Məmmədov Bizim.Media-ya açıqlamasında sözügedən fotonun qərəzli olaraq çəkildiyini bildirib: 

“Orada hər şey açıq-aydın görünür ki, yaylım atəşi açılanda mən diksinirəm. Çünki mən bundan xəbərsiz idim. Diksinəndə isə yanımdakılar deyir “sən niyə qorxdun?”. Yanımdakı şəxs isə Sumqayıt Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan Neft və Sənaye Universitetinin prorektorudur.  

Gülüşə səbəb olan məsələ mənim niyə qorxmağım oldu. Hər kəs insandır. Siz də, bir başqası da diksinə bilərdi. Mən qazi və şəhid ailələrinə Vətən müharibəsindən sonra 300 min manat pul ödəmişəm. Görün necə vicdansızdırlar ki, mənim kimi bir adamı bu cür qələmə veriblər. O fotonu çəkən Sumqayıtda yüngül həyat tərzi keçirən Əfsanə adlı bir qadındır. Tanıyıram.  

O, vaxtilə məndən gəlib mebel istədi. Mən də bildirdim ki, 4 şəhidə mebel vermişəm, get başqa yerə müraciət et. Mebel vermədiyim üçün o xanım o fotonu yayıb. Onu çəkən normal adam olsaydı, diqqətini elə şəhidə yönəldərdi, Şahini niyə güdür? Aydın məsələdir ki, bu, qərəzli bir çəkilişdir”. 

Şahin Məmmədov sosial şəbəkələrdə barəsində yazılanları da tənqid edib: 

“Həmin fotoya baxanda hiss olunur ki, bu, düşmənçilik məqsədilə çəkilib. Mən Sumqayıtda Şəhid Əlaqələndirmə Mərkəzinin üzvüyəm və hamı bilir ki, neçə şəhidin həyətinə hasar çəkmişəm. 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuş Vidadi Zalovun evinin tikilməsinə 9 min manat xərc çəkdim ki, onun qızı atasının xatirəsi ilə rahat yaşasın. Belə bir insanı ifşa etmək?  

Xaricdə bir xeyriyyəçi olur, hamıya kömək edir. Sonra pulu bitir və yardım edə bilmir. Ona görə də onu öldürürlər. İndi həmin pozisiyada indi mənəm. 30 nəfər qazinin hərəsinin bank kartına ayda 300 manat pul köçürürüəm. Kim edib Azərbaycanda bunu? İkinci bir adam tapın görək, edən var?  

Ayda şəxsi pulumun 9 min manatını işləmək qabiliyyəti olmayan qazilərə ödəyirəm. Təbii ki, bunları demək doğru deyil. Amma insanın da elədiklərinə qiymət verməyəndə, yaxşı olmur. Bu yardımları kimlərinsə xahişi və ya arzusu ilə etmirəm. İçimdən gəldiyi üçün edirəm”.  

Şahin Məmmədov onu ifşa edənlərlə bağlı hüquqi addım atıb-atmayacağı ilə bağlı məsələyə də münasibət bildirib: 

“Mən heç bir addım atmaq niyyətində deyiləm. Bunu edən insan o səviyyənin yiyəsi deyil ki, onunla dialoqa gedəsən. Həqiqətən pozğun həyat keçirən bir qadındır. Mən onunla nə danışım? Onun nəyini məhkəməyə verim? Yəni özümü onun səviyyəsinə endirmək niyyətində deyiləm”. 

Son xəbərlər

Azərbaycan səfiri Pakistanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib

Türkiyə ilə Yunanıstan Afina Bəyannaməsini imzalayıb

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Bütün xəbərlər