
Bu ölkə Azərbaycanda konsulluq açır
Cənubu Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır.
Gundem.az xəbər verir ki, bunu Report-a açıqlamasında CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau bildirib.
Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.
Səfir deyib ki, CAR-ın Bakıda konsulluq açması Azərbaycanla ölkəsi arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.
Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib:
“Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay