BAKU Azərbaycan
°C

“Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir.

QSC-dən bildirilib ki, bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.

Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcud deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: “Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”.

İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.

Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından COVID-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.

Son xəbərlər

Meymun sürüsü sərinlənmək üçün sinif otaqlarına basqın edib - FOTO

Dünyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə meşədən çıxdı: Onları buna nə vadar etdi?

ABŞ-də səmada naməlum işıq parıltısından sonra qəribə vibrasiyalar müşahidə edilib

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır - FOTO

Ukraynanın sabiq deputatı güllələndi

"Titanik" filmindəki "Batan palto" rekord məbləğə hərraca çıxarıldı - FOTO

Arda Turanın anası həbs edildi

8 abituriyentin nəticəsi ləğv edildi

ABŞ-də 1,6 mindən çox aviareys təxirə salındı

İmtahanda 700 balı təkcə o yığdı

Trampa dəstək üçün köynəyini cırdı - VİDEO

Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər - "Kişi" olduğunu öyrəndi

Türkiyə Silahlı Qüvvələri 19 terrorçunu zərərsizləşdirdi

Baş nazir QƏRAR İMZALADI

Prezident: "Rusiya ilə İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil"

Fransalı siyasi lider: "Paris həbsxanaya çevrilib"

Prezident Şuşada Forumda çıxış edir - CANLI

"Kiprdə nizamlanma üçün iki dövlətin tanınması şərtdir" - Ərdoğan

"Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb

YAP Mərkəzi Aparatında müşavirə keçirildi - FOTO

Bütün xəbərlər