BAKU Azərbaycan
°C

Paytaxtın Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların marşrutları optimallaşdırılır.

Gundem.az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər.

Qeyd edilib ki, AYNA tərəfindən ictimai nəqliyyatın rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilir, nəticələrə uyğun olaraq infrastruktur layihələri hazırlanır və icra olunur:

"Bu istiqamətdə növbəti layihə Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazini əhatə edir.

Sözügedən ərazidə infrastrukturun yenidən təşkili ilə bağlı işlər artıq yekunlaşıb. Bu gündən ictimai nəqliyyat yeni hərəkət sxemi üzrə fəaliyyət göstərir.

Həyata keçirilən kompleks işlər çərçivəsində:

- ayırıcı zolaq ləğv edilərək işıqforla nizamlanan yolayrıcı təşkil edilib;

- qeyd edilən yolayrıcından avtobusların Ziya Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətində hərəkətinə icazə verilib;

- əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilən piyada keçidləri təşkil olunub;

- yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib;

- avtobusların hərəkət marşrutuna uyğun olaraq yeni dayanacaq məntəqələri quraşdırılıb.

"Nəriman Nərimanov" metro stansiyası və Atatürk prospekti istiqamətinə hərəkət etmək üçün əvvəllər geridönməni Əhməd Rəcəbli küçəsində həyata keçirən 7A, 7B, 11 və 93 nömrəli avtobuslar hazırda düzünə gedərək və sola geridönüşü bilavasitə yol kəsişməsində reallaşdıracaqlar.

Həyata keçirilən dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1.3 km qədər qısalıb ki, bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq. Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək.

Qeyd edək ki, dəyişikliklər yalnız müntəzəm sərnişindaşıma xidmətləri göstərən nəqliyyat vasitələrinə aid edilir. Bu səbəbdən şəxsi nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edirik".

Son xəbərlər

Tiktok bu ölkədə qadağan edilə bilər

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia

Azərbaycanda sexdə partlayış - xəsarət alanlar var - FOTO

Bu şəxslərə südlü qəhvə içmək olmaz

Bakıda qadını aldadıb pullarını alan şəxs tutuldu

26 yaşlı qız dəm qazından boğularaq öldü

Qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar

Aparat rəhbərinə ağır itki - FOTO

Elnarə Abdullayevanın ailəsində pis xəbər

İsmayıllıda yanğın

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

Bütün xəbərlər