BAKU Azərbaycan
°C

Mənzilin sahəsi dövlət çıxarışında 75.2 kvadratmetr göstərildiyi halda, vətəndaş Mənzil-Tikinti Kooperativlərinə (MTK) komunnal xidmətlərə görə 87 kvadratmetr sahə üçün ödəniş edir.

Gundem.az-ın məlumatına görə, bəzi MTK-lar alqı-satqı zamanı komunnal ödənişlərin məbləğini özləri təyin etdikləri kvadratmetrə əsasən müəyyənləşdirirlər. Əksər hallarda mənzilə çıxarış alarkən onun sahəsi MTK ilə imzalanan müqavilədə göstərilən kvadratmetrdən az olur.

Xidməthaqqı köhnə müqaviləyə əsasən hesablandığına görə vətəndaşlar MTK-ya daha çox ödəniş etməli olurlar.

Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, mülki qanunvericiliyə əsasən, mənzilin əsas sənədi dövlət çıxarışı hesab olunur və ödənişlər də orada göstərilən sahəyə görə həyata keçirilməlidir.

Yalnız dövlət çıxarışı olmadığı halda, xidməthaqqı MTK-nın vətəndaşla bağladığı müqavilə əsasında hesablana bilər.

Vətəndaşların sözlərinə görə, MTK-lar müəyyən xərclərini qarşılamaq üçün bu üsulla əlavə gəlir əldə etməyə çalışırlar.

Ekspert qeyd edib ki, MTK-lar əlavə gəlir əldə etmək üçün vətəndaşların məlumatsızlığından istifadə edirlər. Əslində çıxarış alan mənzil sahibləri MTK-ya yaxınlaşaraq müqavilənin yenilənməsini tələb edə bilərlər.

O, əlavə edib ki, qanunsuzluğa yol verən MTK-lara qarşı ciddi tədbirlər görülmədiyindən bu sahədə sui-istifadə halları dəfələrlə artıb.

Ətraflı “ATV Xəbər”in süjetində:

Son xəbərlər

Əhalinin yarısı bu yaşda ağlını itirəcək - Alimlərdən XƏBƏRDARLIQ!

Qız analarının DİQQƏTİNƏ - Bunlar mütləq izah edilməlidir!

"Yeni Klinika"da həkimlər xəstəni qəbul etmir? - Qalmaqallı video ilə bağlı RƏSMİ AÇIQLAMA

Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Neftin qiyməti bir qədər də enəcək - Bədbin proqnoz

Şaurmadan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 48-i uşaq olmaqla...

Azərbaycanda aqressiv insanların sayı niyə ARTIR? - AÇIQLAMA

Hər səhər yatağını yığmayan insanlar... - Maraqlı sorğu

Türkiyə tilsimi qırır - On üç ildən sonra ilk dəfə

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ÖLDÜ

Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ

Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə ÇAĞIRDI

ABŞ 2023-2024-cü illərdə Ukraynaya kasetli döyüş sursatlarının tədarükünə İCAZƏ VERDİ

Bu şəxs ilk trilyonçu olmağa namizəddir - Sərvəti hər il 110 faiz artır

Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ

"İlk dəfə pul qarşılığında görüşmüşük, hər ay..." - Ziya DANIŞDI

İlham Əliyev: "Astanada Ermənistanla sülh müqaviləsi üzrə danışıqların aparılması təklifi məqbuldur"

Tanınmış həkim polis nəzarətinə götürüldü - FOTO

Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı

Sumqayıtda 21 yaşlı gənc hündürlükdən yıxılaraq ÖLDÜ

Bütün xəbərlər