BAKU Azərbaycan
°C

"Bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəblərindən biri elə özəl klinikalarda baha qiymətə peyvənd vurulmasıdır".

Musavat.com xəbər verir ki, bu fikirləri tanınmış pediatr Aytən İsmayılzadə bildirib. O deyib ki, insanların daha çox verdiyi sual elə bunu göstərir: "Valideynə maraqlıdır, niyə özəl klinikada bu qədər baha, dövlət poliklinikasındakı isə pulsuzdur. Deməli, burada keyfiyyət fərqi var. Bunu təsdiq edən fikirləri də tapanda əmin olur. Məsələn, biri deyir "bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq". O  biri deyir "pulsuz olan nə keyfiyyətli ola bilər ki" və sairə.

Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək peyvəndləmə işinə də girişdi.  Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə özündə inam tapmır. Ona görə də qərara alır ki, yaxşısı elə peyvənd etdirməyim. Həmin uşaqlar da bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil. Umumiyyətlə, peyvənd şikəstlik və ölüm verə bilən xəstəliklərdən ötrüdür. Bunu unutmayın. Həm özəldə, həm dövlətdə peyvəndlər eynidir".


Həkim əlavə edib ki, özəl klinikalarda peyvəndləmə  ölkəmizdə insanlarda çaşqınlıq yaradır: "Əgər bu çaşqınlıq səbəbilə bir uşaq belə dünyasını dəyişirsə, ya onlarla uşaq riskli xəstəliklərə tutulursa, deməli bu məsələyə baxılmalıdır. Kim baxacaq? Səhiyyə qurumları. Əlbəttə, öz aralarında kim nəyə baxırsa  o... Amma elə nəyə necə baxıldığını görürük. Poliklinika həkiminin yaxası qalıb vətəndaşın əlində.

Valideynlər var ki, uşağını poliklinikada qeydiyyata salmayıb. Elə özəl klinikada müayinələri və peyvəndləri etdirir. Mən yanıma gələn hər yeni doğulmuşa deyirəm: iki aydan sonra peyvəndlərin başlayır, ondan da öncə poliklinikada qeydiyyata düşürsən. Peyvəndlərini də poliklinikada etməyi deyirəm. Soruşurlar ki, özəl ya dövlət,  deyirəm, əlbəttə, poliklinika.

İndi bu fikrimdən sonra kəm baxışlar artacaq. Çünki özəl klinikada həkimlərə peyvənddən faiz qalır. Hələ klinikanın qazancını demirəm.  Amma mənə heç kimin fikri maraqlı deyil. Mənə maraqlı olan uşaqların sağlamlığıdır. Təkcə varlı ailənin yox, eləcə də kasıb ailənin. Biz seçimi insanlara buraxsaq, çox məsələdə  uduzarıq, qanunlarda dəyişiklik etmək lazımdır".

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər