BAKU Azərbaycan
°C

Baş verən hadisə ağır cinayətlər kateqoriyasındandır. Şəxsə, əsasən, azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Gundem.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin ağır qəza törətdikdən sonra hansı cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı danışarkən deyib.

Hüquqşünas ekspertiza rəyinin vacibliyini qeyd edib:

“Hadisə ilə bağlı zəruri olaraq istintaq tədbirləri davam edir. İstintaq tədbirləri başa çatandan sonra iş məhkəməyə göndəriləcək. Çox güman ki, ekspertizalarla bağlı yubanma var. Ekspertizaların təyin olunması vaxt alan bir məsələdir. Ola bilər ki, işə yenidən baxılsın. Təkrar ekspertizalar təyin edilsin. Əvvəlcədən fikir söyləmək də düzgün olmaz”.

Ə.Nuriyev istintaq müddəti ilə bağlı gecikmələrin olmadığını dilə gətirib:

“Hər bir cinayət işinin istintaq müddəti də qanunvericilik tərəfindən təyin edilir. Orada müddətlərlə bağlı gecikmələr olmur. İstintaq müddəti aşılmayıb. Hadisədə ölüm halı var. Bütün bunlarla bağlı ekspertiza rəyi vacibdir. Hadisənin baş verməsində adıçəkilən şəxs ağır vəziyyətdə idi. Xəstəxanada olduğu müddətdə ifadə verə bilməzdi. İfadələrin alınması da vaxt aparıb. Hadisədən dörd aya yaxın vaxt keçib. Bu səbəblərə görə istintaq hələ yubana bilər. Cinayət Məcəlləsinin 263.1 və 263.2 maddələrinin əlamətləri görünür.

Şəxsin içkili olub-olmaması da sual altındadır. 263.1 maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə var. Əlavə olaraq, şəxs sürücülük hüququndan da məhrum edilməlidir. Günahkarın kim olduğunu istintaq müəyyənləşdirə bilər. Məhkəmə də qərar verəcəkdir”.

Əliməmməd Nuriyev əlavə edib ki, ölən şəxsin yaxınlarının şikayətçi olmaması da şəxsə cəza təyin edilərkən nəzərə alınan mühüm amildir:

“Şəxsə bəraət də verilə bilər. Ölən şəxsin ailəsinin şikayətçi olmaması cəza təyin edilərkən nəzərə alınan mühüm faktordur. Cəza daha yüngül ola bilər. İstintaq müddətində şəxs ölkədən çıxa bilməz. Yəqin ki, şəxsin başqa yerə getməməsi təyin olunub. Onu ya həbs, ya digər cəza gözləyir. Həbsin yox, digər cəzanın seçiləcəyi görünür”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də Bakıda qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Nicat Şakirli sentyabrın 10-da xəstəxanadan evə buraxılıb. Onun barəsində istintaq tədbirləri davam edir.

Son xəbərlər

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

Bakıda üç qardaşın avtoritetlə “razborkası” ölümlə bitdi - VİDEO

Ailəsini öldürməkdə təqsirləndirilən Əhməddən YENİ XƏBƏR - VİDEO

Mənzil bazarında durğunluq yaşanır: Səbəb nədir? - VİDEO

"Qarabağ" güclüdür, lakin... - "Braqa"nın futbolçusu

Paşinyan Fransadan alınan silahlardan danışdı

DİQQƏT! Fevralın 25-i 18:00-dan 27-dək... - FOTO

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Azərbaycana 1 milyondan çox pul gətirən qadın saxlanıldı

17 yaşlı gənc intihar ETDİ

DTX sanatoriyasını bu komandaya verdi

Keçmiş baş nazir müsahibə üçün bir milyon istədi

Şəmkirdə avtomobilər toqquşub, xəsarət alanlar var

Helikopter qəzasında 3 nəfər öldü

Türkiyə ABŞ-a onu səfir təyin etdi

Balakəndə ev yanaraq kül OLDU

Qarabağa getmək istəyənlərin nəzərinə!

"Bozun 50 çaları"nın aktrisası bu hala düşdü - FOTO

Nuno Rodriqes: “Braqa” üçün Bakıdakı oyun da çox çətin olacaq”

XƏBƏRDARLIQ: Bu gün iki tonluq peyk Yerə çırpılacaq - Hara düşəcəyi bilinmir

Bütün xəbərlər