BAKU Azərbaycan
°C

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Gundem.az xəbər verir ki, fərmanda qeyd olunur:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368; 2017, № 7, maddə 1372; 2020, № 2, maddə 107, № 7, maddə 868; 2021, № 2, maddə 126; 2023, № 3, maddə 350) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5.3-1-ci bənd əlavə edilsin:

“5.3-1. Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir.”.

2. 5.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Nizamnamənin 5.3-1-ci bəndində göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə rəsmiləşdirilir.”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823; 2020, № 8, maddə 1042; 2022, № 5, maddə 475, № 9, maddə 1028; 2023, № 3, maddə 351, № 4, maddə 500, № 8 (I kitab), maddə 1159) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 10-7-ci maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin Əsasnamənin 10-2 – 10-4-cü maddələrində, 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 10-8-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Əsasnamənin 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində və 10-8-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası nəzərdə tutulur;

1.4. həmin Əsasnamənin 10-7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 10-7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1010-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 10-7-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 472; 2008, № 3, maddə 171; 2010, № 12, maddə 1067; 2013, № 5, maddə 521; 2016, № 12, maddə 2058; 2017, № 3, maddə 350, № 7, maddə 1323) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissə üzrə:

4.1.1. birinci abzasa “4-cü” sözündən sonra “, 10-2 – 10-4-cü maddələrində, 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 10-8-ci” sözləri əlavə edilsin;

4.1.2. ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“həmin Əsasnamənin 10-5-ci maddəsinin birinci cümləsində, 10-6-cı maddəsində, 10-7-ci maddəsinin ikinci cümləsində və 10-8-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası nəzərdə tutulur;”;

4.2. 3-cü hissə üzrə:

4.2.1. ikinci abzasa “Əsasnamənin” sözündən sonra “10-7-ci maddəsinin ikinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin;

4.2.2. üçüncü abzasda “, 8-ci” sözləri “və 8-ci maddələrində, 10-7-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin", - fərmanda qeyd olunub.

Son xəbərlər

Əhalinin yarısı bu yaşda ağlını itirəcək - Alimlərdən XƏBƏRDARLIQ!

Qız analarının DİQQƏTİNƏ - Bunlar mütləq izah edilməlidir!

"Yeni Klinika"da həkimlər xəstəni qəbul etmir? - Qalmaqallı video ilə bağlı RƏSMİ AÇIQLAMA

Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Neftin qiyməti bir qədər də enəcək - Bədbin proqnoz

Şaurmadan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 48-i uşaq olmaqla...

Azərbaycanda aqressiv insanların sayı niyə ARTIR? - AÇIQLAMA

Hər səhər yatağını yığmayan insanlar... - Maraqlı sorğu

Türkiyə tilsimi qırır - On üç ildən sonra ilk dəfə

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ÖLDÜ

Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ

Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə ÇAĞIRDI

ABŞ 2023-2024-cü illərdə Ukraynaya kasetli döyüş sursatlarının tədarükünə İCAZƏ VERDİ

Bu şəxs ilk trilyonçu olmağa namizəddir - Sərvəti hər il 110 faiz artır

Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ

"İlk dəfə pul qarşılığında görüşmüşük, hər ay..." - Ziya DANIŞDI

İlham Əliyev: "Astanada Ermənistanla sülh müqaviləsi üzrə danışıqların aparılması təklifi məqbuldur"

Tanınmış həkim polis nəzarətinə götürüldü - FOTO

Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı

Sumqayıtda 21 yaşlı gənc hündürlükdən yıxılaraq ÖLDÜ

Bütün xəbərlər