07.12.2023 / 14:36
232
Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: \"Bu ərazilərdə daha da aktivləşəcək\"
"Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq".
Gundem.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə bundan sonrakı müddət ərzində Xəzər dənizində bugünkü zəlzələnin ocağına qonşu ocaqlar da aktivləşəcək:
"Bu ocaqlar artıq oyanıb, daha da aktivləşəcək. Mərkəzi və Cənubi Xəzərdə zəlzələ ocaqlarında kəskin aktivlik müşahidə edəcəyik. Bakı şəhərində təkanları hiss etməyimiz qaçılmazdır. Talış zonası, Hacıqabul, Şamaxı-İsmayıllı, Ağsu zonaları da yenidən aktivləşəcək".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay