BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dekabrın 12-də Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, 104 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Davud Kərim oğluna məxsus “Dönər market” ictimai iaşə müəssisəsində baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı aparılan yoxlamanın nəticələrini açıqlayıb.

AQTA-dan bildirilib ki, baş vermiş hadisə ilə bağlı məlumat daxil olan kimi, dərhal Agentliyin mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə zərərçəkənlərdən və qeyd olunan ictimai iaşə müəssisəsindən zəruri məlumatlar toplanıb və nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib.

"Laborator müayinələr nəticəsində nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkar edilib. Yəni, məhsullar emal prossesində ikincili çirklənməyə məruz qalıb. İşçi heyət tərəfindən gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində həm qida məhsullarında, həm də avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə baş verib. Bu fakt bir daha qida məhsullarının emalı zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmasının əhəmiyyətini göstərir. Qeyd olunan mikrofloranın qida məhsulları ilə orqanizmə daxil olması ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, halsızlıq, ishal və s. təzahürlərlə özünü göstərə bilər.

Həmçinin aparılan araşdırmalar zamanı “Dönər market” ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi aşkar olunub.

Yoxlama zamanı müəssisədə çalışan işçilərin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin (dezinfeksiya, dezinseksiya və deratizasiya) aparılmaması müəyyən edilib.

Hadisəyə hüquqi qiymətin verilməsi üçün aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub", - qeyd olunub.

Xatırladaq ki, 8 nəfər Bakıda "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönərindən zəhələnib. Dönərdən zəhərlənənlərdən biri qadın, 7-si kişi olub. Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər

Dünya bazarlarında neft BAHALAŞDI

4-cü kurs tələbəsinin qəsdən öldürüldüyü MƏLUM OLDU - RƏSMİ AÇIQLAMA

Nobel mükafatı laureatı Azərbaycana GƏLƏCƏK

Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə GETDİ

Bakıda qəza - ölən və yaralananlar VAR

Vladimir Putin Çində Si Cinpinlə GÖRÜŞDÜ

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

FHN gül mağazasında baş vermiş yanğınla bağlı MƏLUMAT YAYDI

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Rusiya XİN: "Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır"

Niderlandın Baş naziri COP29-a DƏVƏT EDİLDİ

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Aynur Sabitova vəzifəsindən AZAD EDİLDİ - FOTO

"İslam Əməkdaşlıq Təşkilatı ilə birgə mübarizə aparacağıq" - Rusiya rəsmisi

Boğaz ağrılarını yaradan SƏBƏBLƏR - Bu maddələrdən uzaq durun!

Rusiya XİN: "Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub"

Türkiyədə kimlər çevriliş cəhdi edə bilər? – “Onlar hələ də tam zərərsizləşdirilməyib, mümkündür ki...”

Məşhur restoranın fəaliyyəti DAYANDIRILDI - RƏSMİ

Azərbaycan və Türkiyə şirkətləri Anlaşma Memorandumu İMZALANDI

Bütün xəbərlər